Location: Bakı
Əsas vəzifə öhdəlikləri Texniki ofisin fəaliyyətini idarə etmək, iş planlarını hazırlamaq və texniki heyətin fəaliyyətinə nəzarət etmək; Texniki sənədlərin, çertyojların, layihələrin, spesifikasiyaların və hesablamaların hazırlanmasını, yoxlanılmasını və razılaşdırılmasını təmin etmək; Yol nişanları, məlumat lövhələri, yol cizgiləri və təhlükəsizlik baryerləri üzrə texniki layihələrin hazırlanmasını və koordinasiyasını təşkil etmək; Layihə sənədlərinin texniki tapşırıqlara, standartlara və normativ tələblərə uyğunluğuna nəzarət etmək; Texniki ofis, istehsalat, satınalma, anbar və montaj bölmələri arasında koordinasiyanı təmin etmək; İstehsalat və montaj prosesləri üçün zəruri texniki məlumatların vaxtında və düzgün təqdim edilməsinə nəzarət etmək; Texniki uyğunsuzluqları və layihə risklərini müəyyən etmək, onların aradan qaldırılması üzrə tədbirlər hazırlamaq; Layihələrin icra müddətlərinə, texniki resurslara və xərclərin optimallaşdırılmasına nəzarət etmək; Məhsulların keyfiyyət və texniki standartlara uyğunluğunun təmin edilməsində iştirak etmək; Bütün texniki işlər üzrə Forma 2 sənədlərinin və yerləşmə planlarının düzgün, tam və müvafiq texniki tələblərə uyğun hazırlanmasını təmin etmək; Forma 2 sənədləri və yerləşmə planları ilə bağlı sifarişçi qurumlarla görüşlər və işçi müzakirələri təşkil etmək, texniki məsələlərin razılaşdırılmasını təmin etmək; Texniki ofisin fəaliyyətinin təkmilləşdirilməsi, hesabatlılığın və iş proseslərinin səmərəliliyinin artırılması üzrə tədbirlər görmək. Namizədə dair tələblər Mühəndislik, tikinti, mexanika ixtisası üzrə ali təhsil; Müvafiq sahədə minimum 10 il iş təcrübəsi; Texniki layihələndirmə, mühəndislik sənədləri və istehsalat prosesləri üzrə praktiki biliklər; Texniki çertyojların oxunması, təhlili və hazırlanması üzrə biliklər; AutoCAD proqramı ilə işləmək bacarığı; MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı; Layihələrin planlaşdırılması, koordinasiyası və icrasına nəzarət təcrübəsi; Texniki standartlar və normativ sənədlərlə işləmək bacarığı; Komandanı idarə etmək, iş bölgüsü aparmaq və qərar qəbul etmək qabiliyyəti; Güclü analitik düşüncə, problem həll etmə və təşkilatçılıq bacarıqları; Üstünlük hesab olunur: Yol infrastrukturu, yol hərəkətinin təşkili, yol nişanları və təhlükəsizlik avadanlıqları sahəsində təcrübə; Metal konstruksiyaların istehsalı və quraşdırılması üzrə biliklər; Tender sənədləri, texniki təkliflər və layihə spesifikasiyalarının hazırlanması təcrübəsi; ISO 9001 keyfiyyət idarəetmə sistemi üzrə biliklər; İngilis və ya rus dili biliyi; Layihə idarəetməsi üzrə əlavə təlim və sertifikatlar. İş şəraiti İş yeri: Sumqayıt İş rejimi: Tam iş günü Nahar təminatı Nəqliyyat təminatı Əməkhaqqı: Namizədin bilik, bacarıq və peşəkar təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.