Yüklənir...
Location: Bakı
StudyLab təhsil mərkəzi “Mobiloqraf” vəzifəsi üzrə vakansiya elan edir. Vəzifə öhtəlikləri. Təhsil mərkəzinin gündəlik fəaliyyətindən foto və video çəkilişlər etmək; Dərslər, tədbirlər, layihələr və tələbə nailiyyətləri haqqında kontent hazırlamaq; Sosial media platformaları üçün qısa videolar çəkmək və montaj etmək; Reels və digər video formatlarını hazırlamaq; Çəkilişlər zamanı yaradıcı ideyalar təklif etmək; Hazırlanan kontentin keyfiyyətinə və vaxtında təhvil verilməsinə diqqət yetirmək. Tələbə uğurları, konsultasiyalar, tədbirlər və şirkətin gündəlik fəaliyyəti ilə bağlı çəkilişlərin təşkili. Foto və video arxivinin sistemli şəkildə yaradılması və qorunması. Namizəddən tələblər . Mobiloqrafiya və mobil video çəkilişi üzrə təcrübə; Telefonla keyfiyyətli foto və video çəkmək bacarığı; CapCut, VN, InShot, Adobe Premiere Pro və ya digər montaj proqramlarından istifadə bacarığı; Kreativ düşüncə və estetik baxış; Sosial media trendlərini izləmək; Məsuliyyətli, operativ və komandada işləmə bacarığı. İş haqda məlumat. Yaradıcı və inkişaf yönümlü iş mühiti; Peşəkar inkişaf imkanı; Əmək haqqı: Namizədin bilik, bacarıq və portfoliosuna əsasən müsahibə zamanı müəyyən olunacaq. İş qrafiki : 6 gün saat 12:00-19:00. Uyğun namizədlər CV-lərini (PDF formada) və portfoliolarını Müraciət et düyməsində qeyd olunan elektron ünvanına “Mobiloqraf” başlığı ilə göndərə bilərlər.