Satış Təmsilçisi - Tofun

Location: Bakı

Tofun — Azərbaycan bazarı üçün yeni rezervasiya və ödəniş platformasıdır. Biznes sahiblərinə cədvəl, müştəri idarəsi və ödənişi bir yerdə birləşdirən sadə bir alət təqdim edirik. Məhsul hazırdır, indi onu bazara çıxaracaq insanı axtarırıq. Nə ilə məşğul olacaqsınız Bakıda biznes sahibləri ilə üzbəüz görüşüb Tofun-u təqdim edəcəksiniz Onları platformaya qoşulmağa inandıracaq, ilk müştəri bazamızı praktiki olaraq siz quracaqsınız Sahədən topladığınız təcrübəni — işləyən arqumentləri, eşitdiyiniz etirazları — birbaşa komandaya çatdıracaqsınız İlk satışlarınız komandanın gələcək satış yanaşmasını formalaşdıracaq Kimi axtarırıq Satış sahəsində təcrübəyə malik olan Soyuq satışda özünü rahat hiss edən, tanımadığı insanla dəqiqələr içində güvən qura bilən Rədd cavabından yorulmayan — bu işdə "yox" eşitmək gündəlik hadisədir, fərq onu eşidəndən sonra nə etdiyinizdədir Kiçik biznes dünyasını tanıyan, ya da bu mühitdə əlaqələri olan (üstünlükdür, amma şərt deyil) Öyrənmək istəyi və nəticəyə aclığı olan Təklifimiz Rəqabətqabiliyyətli baza maaş (danışıq yolu ilə müəyyənləşəcək) və əlavə komissya Komanda böyüdükcə liderlik mövqeyinə keçmək real imkandır Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M üraci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .