Yüklənir...
Location: Bakı
İş şəraiti İş qrafiki: 5 günlük İş saatı: 09:00-18:00 Əsas vəzifə öhdəlikləri: Layihələrin planlaşdırılması, təşkili və icrasına rəhbərlik etmək; Layihələrin müəyyən edilmiş müddət, büdcə və keyfiyyət standartlarına uyğun həyata keçirilməsini təmin etmək; Layihə komandasının fəaliyyətini koordinasiya etmək və iş bölgüsü aparmaq; Layihənin icra mərhələlərinə və son tarixlərə nəzarət etmək; Müştərilər, podratçılar və digər tərəfdaşlarla koordinasiyanı həyata keçirmək; Layihə üzrə riskləri müəyyənləşdirmək və operativ həll yolları təklif etmək; Layihələrin gedişatı barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək; Paralel layihələr üzrə prioritetləri müəyyən etmək və resursların səmərəli idarə olunmasını təmin etmək; Vəzifə üzrə tələblər: Ali təhsil; Müvafiq sahədə minimum 3 il iş təcrübəsi; PMP, PRINCE2 və ya digər beynəlxalq səviyyədə tanınan layihə idarəetmə sertifikatının olması üstünlükdür; Forma-2, smeta/BOQ, icra aktları, texniki hesabatlar, çertyojlar və texniki spesifikasiyalarla işləmək bacarığı; Subpodratçıların, sahə komandalarının və müxtəlif maraqlı tərəflərin koordinasiyası üzrə təcrübə; MS Office, xüsusilə Excel, və AutoCAD proqramlarında işləmə bacarığı; Texniki çertyojları və layihə sənədlərini oxuma bacarığı; Smeta və büdcə ilə işləmək bacarığı; Tikinti normaları, texniki təhlükəsizlik və SƏTƏM tələbləri barədə bilik; Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı; Eyni anda bir neçə prosesi idarə edə bilmək; Detallara diqqətli, məsuliyyətli və nəticəyönümlü olmaq; İşin tələblərinə uyğun olaraq ezamiyyətlərə və sahə şəraitində işləməyə hazır olmaq; Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə “ Layihə rəhbəri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.