Location: Bakı
Şirkət: “VLand Systems” MMC (əvvəlki adı “STP Metal Structures” MMC) Vəzifə öhdəlikləri: Material qiymətlilərinin (yanacaq, xammal, yarımfabrikatlar, hazır məhsul, detallar, alətlər, əşyalar və s.) müəssisədaxili prosedurlara uyğun qəbulunu, saxlanılmasını və anbardan buraxılmasını təmin etmək və nəzarətdə saxlamaq; Mədaxil, saxlama və məxaric sənədlərinin həm ERP sistemində, həm də kağız formada qaydalara uyğun rəsmiləşdirilməsini təmin etmək və buna nəzarət etmək; Qəbul edilən qiymətlilərin müşayiətedici sənədlərə uyğunluğuna və sifarişlər üzrə komplektləşdirilməsinə nəzarət etmək; Minimal anbar qalıqlarını (yenidən sifariş nöqtələrini) müəyyən etmək və ehtiyatların bu səviyyədən aşağı düşməməsini təmin etmək; Anbarda SƏTƏM tələblərinə riayət olunmasını təmin etmək; yanğınsöndürmə ləvazimatlarının, yanğından mühafizə sisteminin, avadanlıq və inventarın saz vəziyyətinə və vaxtında təmirinə nəzarət etmək; Yükləmə-boşaltma və yerləşdirmə işlərini təşkil etmək və onlara nəzarət etmək; Aylıq sayımların aparılmasını və aktlaşdırılmasını təmin etmək; Daxili əmrlərə əsasən əmtəə-maddi sərvətlərin inventarizasiyasında iştirak etmək; Nasaz alətlər və cihazlar üzrə qüsur cədvəllərinin, onların təmiri və silinməsi, həmçinin materialların çatışmazlığı və korlanması barədə aktların düzgün tərtibinə nəzarət etmək; Anbar işçilərinə rəhbərlik etmək, onların səriştəsini mütəmadi qiymətləndirmək və inkişafı üçün tədbirlər görmək; Anbar əməliyyatlarının düzgün və səmərəli idarə olunması üçün prosedur və qaydaları hazırlamaq; Şirkət rəhbərliyinə mütəmadi olaraq hesabatlar və səmərələşdirici təkliflər təqdim etmək. Namizədə aid tələblər: Ali və ya orta ixtisas təhsili (müvafiq sahə üzrə üstünlükdür); Müvafiq sahədə rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi; ERP sistemlərində (1C, Logo Tiger, Odoo və s.) iş təcrübəsi; Anbar biznes proseslərini və prosedur qaydalarını tərtib etmək bacarığı; Effektiv qərarvermə bacarığı; Komanda idarəetməsi, heyəti motivasiya etmək və idarə etmək bacarığı; Fərdi və komanda şəklində səmərəli işləmək, ünsiyyət və planlama bacarıqları; Diqqətlilik, məsuliyyətlilik və operativlik. İş şəraiti: 5 günlük iş qrafiki; İş yeri: Sumqayıt şəhəri; Könüllü tibbi sığorta; Korporativ nömrə; Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur; Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müəyyən ediləcək. Tələblərə uyğun namizədlər CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə “Anbar meneceri” yazaraq göndərə bilərlər. Yalnız tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaq.