Yüklənir...
Location: Bakı
Təsvir Tikinti-quraşdırma işlərinin təsdiq edilmiş layihə, işçi çertyojlar, texniki spesifikasiyalar, smeta və qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun icrasına nəzarət etmək; Tikinti prosesində istifadə olunan materialların, konstruksiyaların və avadanlıqların layihə və normativ tələblərə uyğunluğunu yoxlamaq; Tikinti-quraşdırma işləri zamanı aşkar edilmiş uyğunsuzluq və qüsurların aradan qaldırılmasına nəzarət etmək; Tikinti işlərinin icrası zamanı layihə sənədlərindən kənarlaşmaları müəyyən etmək və müvafiq tədbirlərin görülməsini təmin etmək; Layihə sənədlərinə dəyişiklik və düzəlişlərin edilməsi zərurəti yarandıqda müvafiq layihə təşkilatları ilə koordinasiyanı həyata keçirmək; Tikinti-quraşdırma işləri üzrə tərtib edilmiş aktları, protokolları və digər texniki sənədləri yoxlamaq; Forma-2, Forma-3 və digər icra sənədlərində qeyd olunan iş həcmlərinin faktiki yerinə yetirilmiş işlərə uyğunluğunu yoxlamaq. Tələblər Ali təhsil; Müvafiq sahədə minimum 5 il iş təcrübəsi; Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – B1 səviyyəsində, rus dili – arzuolunandır; Kompüter bilikləri: MS Word, MS Excel və MS PowerPoint; Qaz avadanlıqlarının istismarı və təmiri üzrə müvafiq sertifikat tələb olunur; Yazılı və şifahi ünsiyyət bacarıqları; Problemlərin həlli bacarığı; Təqdimat bacarıqları; Öyrənmə qabiliyyəti; Dəyişikliklərə uyğunlaşma bacarığı; Komandada işləmək bacarığı. İş qrafiki: 5 günlük İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.