Biotibbi mühəndis - AzəriMed MMC

Location: Bakı

Tələblər: Təhsil: Ali təhsil ( Biotibbi Cihaz Texnologiyaları və ya Elektronika ); Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi; Kompüter biliyi: MS Office proqramlarında sərbəst işləmək bacarığı; Dil bilikləri: Azərbaycan və  İngilis dillərində sərbəst ünsiyyət qurmaq bacarığı; İşində dəqiq və məsuliyyətli olmaq; Biotibbi cihazların texniki xidməti və təmiri sahəsində əsas bilik və avadanlıqlarla işləmə bacarığı. Vəzifə öhdəlikləri: Biotibbi cihazların texniki baxışı, diaqnostikası və təmir işlərinin həyata keçirilməsi; Laboratoriya və tibbi avadanlıqlara texniki servis xidmətinin göstərilməsi; Aşkarlanmış texniki nasazlıqların vaxtında və effektiv şəkildə aradan qaldırılması; Texniki sənədləşmənin aparılması və görülən işlər barədə hesabatların hazırlanması; Tapşırıqların müəyyən edilmiş vaxt çərçivəsində yerinə yetirilməsi; Zərurət yarandıqda regionlara ezamiyyətlərdə iştirak. İş şəraiti: İş qrafiki : 5 günlük (09:00-18:00) Ünvan: Nərimanov rayonu, Məmməd Araz 18 Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində  “ Biotibbi mühəndis ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Əlavə suallar üçün 055-440-74-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.