Yüklənir...
Location: Bakı
Müəssisə: Bakı Qida və Yağ Fabriki MMC Vəzifı öhdəlikləri: Baş elektrik və avtomatika mütəxəssisinin təlimatlarına əsasən texniki işləri yerinə yetirmək; İstehsalat sahələrində elektrik və avtomatika sistemlərinin fasiləsiz fəaliyyətini təmin etmək; Elektrik mühərrikləri, invertorlar, panolar və kabel xətlərinin quraşdırılması, təmiri və texniki baxımını həyata keçirmək; PLC sistemlərinin giriş-çıxış siqnallarını yoxlamaq, sensor və elektron cihazların sazlanmasını təmin etmək; Printerlərin, ölçmə cihazlarının və elektron avadanlıqların təmiri və kalibrlənməsini aparmaq; Yarımstansiyalarda və yüksək gərginlikli elektrik şəbəkələrində müvafiq səlahiyyət çərçivəsində əməliyyatlar aparmaq; Təzyiq, temperatur, pnevmatik və avtomatik idarəetmə sistemlərinin montajı, təmiri və sazlanmasını həyata keçirmək; Elektrik avadanlıqlarının diaqnostikası, test edilməsi və nasazlıqların aradan qaldırılmasını təmin etmək; İstehsalatda yaranan texniki nasazlıqlar barədə məsul şəxsləri məlumatlandırmaq və təhlükə olduqda sistemin dayandırılması üçün tədbir görmək; Əməyin mühafizəsi, elektrik və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək, müvafiq icazə olmadan təhlükəli işləri icra etməmək. Texniki və nəzəri biliklər Elektrik mühərriklərinin (0,25–500 kVt) iş prinsiplərini, qoşulma sxemlərini, istismarını və təmirini bilməli; Elektrik panolarının, yarımstansiyaların (35/0,4 kV) və paylayıcı qurğuların iş prinsiplərini bilməli; Elektrik mühafizə, rele və avtomatik idarəetmə sxemlərini oxumağı və tətbiq etməyi bacarmalı; Elektrik ölçmələri, avadanlıq və kabellərin test üsulları, torpaqlama tələblərini bilməli; PLC sistemlərinin, sensorların, invertorların və avtomatlaşdırma avadanlıqlarının iş prinsiplərini bilməli; Elektron cihazların diaqnostikası, təmiri, sazlanması və kalibrlənməsini bacarmalı; Temperatur, təzyiq, vakuum və sürət ölçmə sistemləri haqqında biliklərə malik olmalı; Elektrik enerjisinin paylanması, reaktiv gücün kompensasiyası və enerji səmərəliliyi prinsiplərini bilməli; Pnevmatik sistemlərin və sənaye idarəetmə avadanlıqlarının iş prinsiplərini bilməli; Elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarını bilməli. Biz nə təklif edirik: İş yeri: Sumqayıt şəhəri, Bakı Qida və Yağ Fabriki MMC / İstehsalat İş qrafiki: 3 növbəli, 07:00–15:00, 15:00-23:00, 23:00-07:00 Nahar: Şirkət tərəfindən təmin olunur Servis xidməti: Şirkət tərəfindən təmin olunur Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət Tələblərə cavab verdiyiniz halda CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya hr.azersun.com portalında müraciət etməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “Elektrik-elektronçu” qeyd edilməlidir.