Elektrik təchizatı işləri üzrə mühəndis - layihəçi - Bakı Dövlət Layihə İnstitutu

Location: Bakı

Namizədə tələblər: Mühəndis-elektrik ixtisası üzrə ali təhsil; Layihələndirmə sahəsi üzrə (yaşayış və inzibati binalar, otellər və ticarət mərkəzləri və s.) 1-3 il təcrübə; Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur; Kompüter bilikləri – MS Office , AutoCAD (yüksək səviyyədə),Revit;  BİM layihələrində iştirakı arzuolunandır; Elektrik sistemlərinin və layihələrinin sərbəst oxuma bacarığı; Hesabat hazırlama və analiz etmə bacarığı; Binalarda və tikililərdə zəif axın şəbəkə sistemlərinin layihələndirilməsi sahəsində normativ baza və standartlar üzrə bilik. Vəzifə öhdəlikləri:   Layihələndirmə üçün ilkin məlumatın yığılması və cizgilərin hazırlanması; Sənaye bina və tikililərinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi; 0,4-1 kV (aşağı gərginlik) elektrik şəbəkənin layihələndirilməsi; Elektrik yükünün hesablanması; Sifarişçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması; Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi; Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması; İş barədə məlumat: İş qrafiki: 09:00-18:00,  həftə içi 5 gün; Əmək haqqı: 1000-1500 AZN. İşə qəbul əmək qanunvericiliyə uyğun olaraq həyata keçirilir.   CV-ləri uyğun ixtisas başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.   Xahiş olunur ki, yalnız uyğun namizədlər müraciət etsin.