Yüklənir...
Location: Bakı
“Baku Aqro Az” MMC istixana və kənd təsərrüfatı sahəsində mühasibat uçotu üzrə bilik və təcrübəsi olan namizədləri Mühasib vəzifəsinə dəvət edir. Vəzifə öhdəlikləri: Mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılması; İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və sistemləşdirilməsi; Məhsul istehsalı, yığımı, satışı və material sərfiyyatı üzrə uçotun aparılması; İstixana və kənd təsərrüfatı fəaliyyəti ilə bağlı xərclərin, gəlirlərin və məhsul qalıqlarının uçotuna nəzarət; Anbar əməliyyatlarının, materialların mədaxil və məxaricinin uçotunun aparılması; Əməkhaqqı hesablamalarının və bank əməliyyatlarının həyata keçirilməsi; Vergi və digər maliyyə hesabatlarının hazırlanmasında iştirak; Debitor və kreditor borclarının izlənilməsi və müvafiq hesabatların hazırlanması. Namizədə tələblər: Mühasibatlıq və ya maliyyə sahəsi üzrə ali və ya orta ixtisas təhsili; Müvafiq sahədə minimum 3 il iş təcrübəsi; İstixana və kənd təsərrüfatı sahəsində mühasibat uçotu üzrə bilik və təcrübəyə üstünlük verilir; Vergi və mühasibat uçotu qanunvericiliyi üzrə biliklər; 1C və MS Excel proqramlarında işləmək bacarığı; Məhsul, material, anbar və istehsal xərclərinin uçotu üzrə biliklər; Dəqiqlik, məsuliyyətlilik və analitik düşüncə qabiliyyəti. İş şəraiti: İşəgötürən: “Baku Aqro Az” MMC İş yeri: Bakı şəhəri İş qrafiki: Həftənin 5 günü, saat 09:00–18:00 Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir. Rəsmi əmək müqaviləsi və peşəkar iş mühiti. Müraciət etmək istəyənlər CV-ni “Mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.