Yüklənir...
Location: Bakı
Struktur bölmə: Mühəndislik şöbəsi İş haqda məlumat: İş rejimi: 5 gün, növbəli; Əmək haqqı: 750 azn (net); Həftədə 2 gün istirahət günü təyin edilir; Nahar şirkət tərəfindən təmin edilir; Tibbi sığorta; Vəzifə tələbləri: Təhsili/ixtisası: Elektrik sahəsində texniki təhsil; İş təcrübəsi: Elektrik sahəsi üzrə ən azı 6 ay; Dil biliyi: Azərbaycan dili; Sertifikat/vəsiqə/lisenziya: müvafiq istiqamət üzrə arzuolunandır; Vəzifə öhdəlikləri: İş təhlükəsizliyinə və SƏTƏM qaydalarına ciddi riayət etmək; Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını və elektrik qurğularının quruluşunu bilmək; Elektrik sxemlərini oxumaq bacarığı; Elektrik xəttlərinin çəkilişi zamanı texnoloji ardıcılığının qorunub saxlanmasının təmin edilməsi; Sxemlərə uyğun elektrik şəbəkələrinin montajının aparılması; Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq; Elektrik avadanlığı, kabel və hava şəbəkələrinin təcrübədən keçməsi metodlarına bələd olmaq; Yüksək tezlikli qurğuların iş prinsiplərini bilmək; Aşkar olunmuş nasazlıqların aradan qaldırılması; Elektrik işlərinin normativ qaydalara uyğun və düzgün aparılması. Vakansiya üçün müraciət qaydası: Müraciət etmək istəyən namizədlər mövzu hissəsində "Elektrik" qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.