Data Engineering təlimçisi - BERC Group

Location: Bakı

BERC Group MMC “Data Engineering təlimçisi” vakansiyası üzrə işə qəbul elan edir. İş barədə məlumat: Data Engineering üzrə təlim proqramlarının hazırlanması və tədris edilməsi; Təlim iştirakçılarına Data Engineering üzrə nəzəri və praktiki biliklərin aşılanması; Real biznes nümunələri, praktiki tapşırıqlar və layihələr əsasında dərslərin keçirilməsi; Məlumatların müxtəlif mənbələrdən toplanması, emalı, transformasiyası və saxlanılması proseslərinin izah edilməsi; ETL/ELT proseslərinin və data pipeline-ların hazırlanmasının praktiki şəkildə öyrədilməsi; Relational və NoSQL verilənlər bazaları ilə işləmə prinsiplərinin tədris edilməsi; Data Warehouse, Data Lake və Lakehouse arxitekturalarının izah edilməsi; Batch və Streaming data processing yanaşmalarının praktiki nümunələrlə öyrədilməsi; Böyük həcmli məlumatların emalı və paylanmış sistemlərlə işləmə prinsiplərinin izah edilməsi; Data pipeline-ların monitorinqi, optimallaşdırılması və troubleshooting proseslərinin öyrədilməsi; Təlim iştirakçılarının praktiki tapşırıqlarının və layihələrinin yoxlanılması, geribildirimlərin verilməsi; Tədris materiallarının, təqdimatların, praktiki çalışmaların və real layihə nümunələrinin hazırlanması; Təlim proqramının səviyyəsinə uyğun olaraq iştirakçıların inkişafının izlənilməsi. Vəzifəyə dair bilik, bacarıqlar və tələblər: Data Engineering, Big Data və ya əlaqəli sahədə minimum 3 il praktiki iş təcrübəsi; SQL üzrə güclü bilik və mürəkkəb sorğularla işləmə təcrübəsi; Python proqramlaşdırma dili üzrə praktiki bilik; ETL/ELT proseslərinin hazırlanması və data pipeline-ların qurulması üzrə praktiki təcrübə; PostgreSQL, MySQL, MS SQL Server və ya digər relational verilənlər bazaları ilə işləmə təcrübəsi; NoSQL verilənlər bazaları haqqında bilik; Data Warehouse və dimensional data modeling prinsipləri üzrə bilik; Apache Spark və böyük həcmli məlumatların emalı texnologiyaları üzrə bilik və ya praktiki təcrübə; Apache Airflow və ya digər workflow orchestration alətləri ilə işləmə təcrübəsi; Apache Kafka və ya digər event streaming/messaging texnologiyaları haqqında bilik; Git və versiya nəzarəti sistemləri ilə işləmə bacarığı; Docker və konteynerləşdirmə prinsipləri haqqında bilik; Cloud platformalarından ən azı biri — AWS, Microsoft Azure və ya Google Cloud Platform üzrə bilik; Data keyfiyyəti, data governance və data security prinsipləri haqqında anlayış; Analitik düşünmə və problemlərin sistemli şəkildə həll edilməsi bacarığı; Təlim və təqdimat keçmək bacarığı; Auditoriya ilə effektiv kommunikasiya qurmaq bacarığı; Mürəkkəb texniki mövzuları sadə və praktiki nümunələr üzərindən izah etmə qabiliyyəti; Azərbaycan dilində səlis danışıq və təqdimat bacarığı. Əlavə üstünlüklər: AWS, Microsoft Azure, Google Cloud, Databricks, Snowflake və ya əlaqəli Data Engineering sahəsində beynəlxalq sertifikatların olması; Databricks və ya Snowflake platformaları ilə praktiki iş təcrübəsi; dbt ilə Data Transformation proseslərinin qurulması təcrübəsi; CI/CD prosesləri və Infrastructure as Code yanaşmaları haqqında bilik; Kubernetes ilə işləmə təcrübəsi; Real-time data processing və streaming pipeline-ların hazırlanması təcrübəsi; Data Lakehouse arxitekturası üzrə praktiki təcrübə; Təlimçi kimi əvvəlki təcrübə; Korporativ və ya peşə təlimlərinin keçirilməsi təcrübəsi; Real Data Engineering layihələri, GitHub repository-ləri və ya portfolio nümunələrinin mövcudluğu. İş qrafiki və əməkdaşlıq formatı: Təlimçi təlim proqramlarının keçirilmə saatlarına uyğun olaraq cəlb edilir; Vakansiya əlavə iş yeri kimi də uyğundur; Təlim saatları əvvəlcədən razılaşdırılır və təlimçinin mövcud iş qrafiki nəzərə alınır. BERC şirkətlər qrupu sizə nə vəd edir? Geniş imkanlar təqdim edən texnoloji mühit; Naharla təminat və idman zalından (daxildə) istifadə. Uyğun namizədlər Müraciət et  düyməsində qeyd olunan linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər, namizədlər əmin olsun ki, LinkedIn profili (opsional), Portfolio, GitHub və ya uyğun layihə nümunələri (mövcuddursa) CV-lərdə var və əlçatandır.  Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.  Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.