Kuryer-sürücü - Biopet.shop

Location: Bakı

Biopet.shop şirkəti Bakı şəhəri və ətraf ərazilərdə ev heyvanları üçün məhsulların çatdırılmasını həyata keçirmək məqsədilə şəxsi avtomobili olan məsuliyyətli və punktual kuryer-sürücü axtarır. Əsas vəzifə öhdəlikləri: Sifarişlərin qəbul və işlənməsi; Sifarişlərin müştərilərə vaxtında, qapıya qədər çatdırılması; Məhsulların müəyyən edilmiş marşrutlara uyğun çatdırılması; Daşınma zamanı məhsulların təhlükəsizliyinin və bütövlüyünün təmin edilməsi; Müştərilərlə nəzakətli və peşəkar ünsiyyətin qurulması; Şirkətin daxili nizam-intizam qaydalarına və standartlarına riayət edilməsi. Namizədlərə tələblər: Yaş həddi: 20–45; B kateqoriyalı sürücülük vəsiqəsinin olması; Şəxsi avtomobilin olması (hibrid və ya dizel); Bakı şəhərini və ətraf əraziləri yaxşı tanımaq; Məsuliyyətli, diqqətli, punktual və çalışqan olmaq; Yüksək ünsiyyət bacarığına malik olmaq. İş şəraiti: 6 günlük tam ştat iş qrafiki; Əməkhaqqı: ilk ay 750 AZN + sifariş sayına uyğun bonus; 3 ay sonra 850 AZN + sifariş sayına uyğun bonus; Sifariş sayına uyğun bonus ilk aya da aiddir; Şəxsi avtomobil üçün istismar ödənişi; Hər 100 km üçün 10 litr benzin təminatı; Parkinq xərci: 20 AZN (aylıq); Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi; Yanacaq xərclərinin şirkət tərəfindən qarşılanması; Mobil rabitə xərclərinin şirkət tərəfindən qarşılanması; Mehriban və dəstəkləyici kollektiv. Telefon: +994 10 232 92 67 Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r . Biopet.shop – komandamızın bir üzvü ol!