Yüklənir...
Location: Bakı
Business Insight şirkətinin Müştəri Loyallığı Departamentinin Müştəri xidmətləri üzrə 2 aylıq müddət üçün müvəqqəti "Operator" tələb olunur. Tələblər: Yalnız xanım namizədlər; Operator vəzifəsində minimum 1 il iş təcrübəsi; Kompüterdən istifadə bacarığı; Yüksək kommunikasiya və səlis danışıq qabiliyyəti; Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı. Vəzifə öhdəlikləri: Loyallıq proqramına yeni müraciət edən şəxslərin üzvlüyə qəbul edilməsi və məlumatlarının bazaya daxil edilməsi; Daxil olan zəng və mesajların Excel faylında (və ya müvafiq bazada) qeydiyyatının aparılması; Proqram üzvlərinə xatırlatma mesajlarının göndərilməsi; Qaynar xəttə daxil olan zəng və mesajların cavablandırılması; Bonus, kampaniya və müsabiqələr barədə proqram üzvlərinə məlumat verilməsi; Üzvlərdən daxil olan şikayət və təkliflərin qeydə alınması; Şikayət və təkliflərin aidiyyəti üzrə menecerə yönləndirilməsi; Rəhbərliyə gündəlik hesabatların təqdim edilməsi. İş şəraiti: Müvəqqəti iş (2 aylıq); İş qrafiki: Həftədə 6 iş günü; Bazar ertəsi – Cümə: 09:00 – 18:00, Şənbə: 10:00 – 17:00 Əmək haqqı: Gündəlik 20 AZN. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Operator” başlığı altında göndərə bilərlər.