Yüklənir...
Location: Bakı
İş şəraiti İşəgötürən: Eden Agro MMC Struktur: Daxili Audit Departamenti Birbaşa rəhbər: Daxili Audit Meneceri İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00); Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir. Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir. Vəzifə öhdəlikləri: Təsdiq edilmiş illik Daxili Audit Planına uyğun audit yoxlamalarının həyata keçirilməsində iştirak etmək; Audit olunan proseslər üzrə riskləri, daxili nəzarət mexanizmlərini və mövcud prosedurları təhlil etmək; Audit proqramına uyğun olaraq sənədlərin, müqavilələrin, əməliyyatların, hesabatların və digər məlumatların yoxlanılmasını həyata keçirmək; Maliyyə və əməliyyat məlumatları üzrə analitik təhlillər aparmaq, kənarlaşmaları və qeyri-adi əməliyyatları müəyyən etmək; Müəyyən edilmiş uyğunsuzluqlar üzrə kifayət qədər və etibarlı audit sübutlarını toplamaq və sənədləşdirmək; Audit işçi sənədlərini müəyyən edilmiş metodologiyaya uyğun hazırlamaq və aparılmış audit prosedurlarının nəticələrini rəsmiləşdirmək; Audit müşahidələrinin və hesabat layihələrinin hazırlanmasında iştirak etmək; Audit fəaliyyəti zamanı əldə edilmiş məlumatların məxfiliyini, obyektivliyi və peşəkar etik prinsipləri qorumaq; Komanda üzvü qismində səmərəli çalışmaq, öhdəlikləri bölüşmək, komanda üzvləri ilə daimi təmasda olaraq təcrübə mübadiləsi aparmaq; Daxili Audit departamentində özündən yuxarı vəzifədə çalışan əməkdaşların tapşırıqlarını yerinə yetirmək. Vəzifə tələbləri: Maliyyə, Mühasibatlıq və ya digər oxşar sahə üzrə Ali təhsil ; Müvafiq sahədə minimum 2 iş təcrübəsi; ACCA, CIA və ya digər peşəkar sertifikatlar üstünlük hesab olunur; Kənd təsərrüfatı və ya istehsalat sahəsində təcrübə üstünlük hesab olunur; Ezamiyyətlərə açıq olmaq və sahə auditlərində aktiv iştirak etmək; Kommunikasiya və təqdimat bacarıqları; Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı; Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik; Azərbaycan dili səlis, İngilis dili – işgüzar yazışma və oxu səviyyəsində; MS Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi. Biz təklif edirik: Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi; Peşəkar və liderlik inkişaf proqramları; Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı; Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları; Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı; Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti; Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı. Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Daxili audit üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.