Yüklənir...
Location: Bakı
Əmək haqqı üzrə aparıcı mütəxəssis Vəzifənin qısa təsviri: Payroll üzrə Aparıcı Mütəxəssisin əsas rolu tekstil istehsalı müəssisəsində işçilərin əməkhaqqı, əlavə ödəniş və mükafatlarının düzgün və vaxtında hesablanmasını, əməkhaqqı üzrə bütün müvafiq ödəniş və tutulmaların qanunvericiliyə uyğun həyata keçirilməsini və payroll prosesinin effektiv idarə olunmasını təmin etməkdir. Bu vəzifə iş vaxtının uçotu, tabel və məzuniyyət məlumatlarının yoxlanılması, əməkhaqqı üzrə vergi və sosial sığorta hesablamalarının aparılması, mühasibat yazılışlarının icrası, əməkhaqqı ödənişlərinin hazırlanması, müvafiq hesabatların tərtib edilməsi və əmək qanunvericiliyindəki dəyişikliklərin izlənilməsini əhatə edir. Əsas vəzifə və öhdəliklər: İşçilərin əməkhaqqı, əlavə ödənişləri və mükafatlarının hesablanması; Əmək müqavilələri, vəzifə maaşları, iş qrafiki və digər müvafiq məlumatlar əsasında əməkhaqqı hesablamalarının aparılması; İş vaxtının uçotu, tabel məlumatları və məzuniyyət günlərinin yoxlanılması; Məzuniyyət, ezamiyyət, xəstəlik, işdən çıxma və digər ödənişlərin hesablanması; Əməkhaqqından tutulmalı vergilər, sosial sığorta və digər məcburi ödənişlərin düzgün hesablanması və uçota alınması; Əməkhaqqı üzrə mühasibat yazılışlarının aparılması; İşçilər üzrə əməkhaqqı hesablaşmalarının və müvafiq arayışların hazırlanması; Əməkhaqqının bank vasitəsilə ödənilməsi üçün ödəniş sənədlərinin hazırlanması; İşçilərin əməkhaqqı məlumatlarının mühasibat proqramına daxil edilməsi və məlumatların düzgünlüyünün yoxlanılması; Əməkhaqqı üzrə vergi və sosial hesabatların hazırlanmasında iştirak edilməsi və tələb olunan məlumatların təqdim edilməsi; İşə qəbul, vəzifə dəyişikliyi, əməkhaqqının dəyişdirilməsi və işdən azad edilmə ilə bağlı müvafiq hesablamaların aparılması; Məhkəmə qərarları əsasında əməkhaqqından tutulmalı borcların hesablanması, tutulması və ödənişinin təmin edilməsi; Audit və yoxlamalar zamanı əməkhaqqı üzrə tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsi; Əmək qanunvericiliyi və vergi qaydalarında əməkhaqqı ilə bağlı dəyişikliklərin izlənilməsi və hesablamalarda tətbiq edilməsi; Vahid bəyannamənin hazırlanması və təqdim edilməsində iştirak edilməsi; Payroll məlumatlarının düzgünlüyünün mütəmadi yoxlanılması və yaranan uyğunsuzluqların aradan qaldırılması; Əməkhaqqı üzrə digər hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi. Tələb olunan təhsil və təcrübə: Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil; Payroll, əməkhaqqı hesablamaları və mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi; Əməkhaqqı hesablamaları və payroll proseslərinin idarə olunması üzrə praktiki təcrübə; Əmək qanunvericiliyi, vergi hesablamaları, DSMF/sosial sığorta üzrə dərin biliklər; İş vaxtı, tabel, məzuniyyət, xəstəlik və digər əmək ödənişlərinin hesablanması üzrə təcrübə; Vahid bəyannamə və əməkhaqqı üzrə müvafiq hesabatların hazırlanması haqqında məlumatlılıq; Mühasibat proqramları ilə işləmə təcrübəsi; Əməkhaqqı üzrə vergi və digər məcburi tutulmaların hesablanması üzrə praktiki biliklər. Tələb olunan bacarıqlar: MS Office, xüsusilə Excel proqramından yaxşı istifadə bacarığı; Payroll və əməkhaqqı hesablamaları üzrə güclü praktiki biliklər; Əmək qanunvericiliyi və vergi tələblərini tətbiq etmək bacarığı; Rəqəmlərlə işləmə və analitik düşünmə qabiliyyəti; Yüksək diqqətlilik və detallara önəm vermə; Məsuliyyətlilik və dəqiqlik; Məlumatların təhlili və hesabatların hazırlanması bacarığı; Böyük həcmdə məlumatlarla işləmək və məlumatların düzgünlüyünü yoxlamaq bacarığı; Vaxtın düzgün idarə edilməsi və işlərin vaxtında icra olunması; Komandada işləmək və digər struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı; Azərbaycan dilini ana dili səviyyəsində bilmək; ingilis və rus dillərini bilmək üstünlükdür. İş şəraiti: İş yeri: Azərbaycan, Sumqayıt şəhəri, Sülh küçəsi 2. Servis xidməti (Gənclik metrosundan) və nahar təmin edilir. Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Leading Payroll Specialist Role Synopsis: The primary responsibility of the Leading Payroll Specialist is to ensure the accurate and timely calculation of employees’ salaries, additional payments, and bonuses, as well as the proper processing of all relevant payroll deductions and payments in accordance with applicable legislation in textile manufacturing environment. The role involves managing payroll processes, reviewing working time records, time sheets, and leave data, calculating taxes and social insurance contributions, processing payroll-related accounting entries, preparing salary payments, compiling relevant reports, and monitoring changes in labor legislation and applying them to payroll calculations. Key Accountabilities: Calculating employees’ salaries, additional payments, and bonuses; Calculating salaries based on employment contracts, salary rates, work schedules, and other relevant employee information; Reviewing working time records, timesheets, and annual leave data; Calculating payments related to leave, business trips, sick leave, termination, and other employee-related payments; Calculating and recording payroll taxes, social insurance contributions, and other mandatory deductions; Preparing payroll-related accounting entries; Preparing employees’ payroll statements and relevant certificates; Preparing payment documents for salary transfers through banks; Entering employees’ payroll data into the accounting system and verifying the accuracy of the information; Participating in the preparation of tax and social insurance reports related to payroll and providing the required information; Performing relevant payroll calculations related to new hires, position changes, salary adjustments, and employee terminations; Calculating and processing payroll deductions related to employee debts based on court decisions and ensuring the relevant payments are made; Preparing and providing payroll-related documents required during audits and inspections; Monitoring changes in labor legislation and tax regulations related to payroll and applying them to payroll calculations; Participating in the preparation and submission of the Unified Declaration; Regularly reviewing the accuracy of payroll data and resolving identified discrepancies; Preparing other payroll-related reports and submitting them to management. Desired background: Bachelor’s degree in finance, Accounting, Economics, or a related field; Minimum 3 years of experience in payroll, salary calculation and accounting; Practical experience in payroll calculations and payroll process management; Strong knowledge of labor legislation, tax calculations, and social insurance/DSMF requirements; Practical experience in calculating working hours, timesheets, leave, sick leave, and other employee-related payments; Knowledge of the preparation of the Unified Declaration and other relevant payroll reports; Experience working with accounting software; Practical knowledge of payroll tax calculations and other mandatory deductions. Required skills: Proficiency in MS Office, particularly Excel; Strong practical knowledge of payroll and salary calculations; Ability to apply labor legislation and tax requirements in practice; Strong analytical and numerical skills; High level of attention to detail; Accuracy and sense of responsibility; Ability to analyze data and prepare reports; Ability to work with large volumes of data and verify data accuracy; Strong time management skills and ability to complete tasks within deadlines; Ability to work effectively in a team and collaborate with other departments; Native-level Azerbaijani; knowledge of English and Russian is an advantage. Working Conditions: Location: Sulh Street 2, Sumgait, Azerbaijan; Shuttle service (from Ganjlik Metro Station) and lunch are provided. Candidates who meet the requirements listed below are kindly requested to send their CVs to the e-mail address in the Apply for job button.