Location: Bakı
Korporativ müştərilərlə işləməyi və satışda nəticə əldə etməyi bacaran mütəxəssisləri komandamıza dəvət edirik. Vəzifə öhdəlikləri Yeni korporativ müştərilər qazanmaq və mövcud müştəri portfelini inkişaf etdirmək; İşgüzar görüşlər, məhsul təqdimatları və satış danışıqları aparmaq; Müştəri sorğularını qiymətləndirmək, kommersiya təklifləri hazırlamaq və sifarişədək izləmək; Sifarişlərin icrasını aidiyyəti şöbələrlə əlaqələndirmək; Satış hədəflərinə çatmaq və nəticələr barədə hesabat vermək. Namizədə tələblər Satış sahəsində ən azı 1 il təcrübə; Ali təhsil; Azərbaycan və rus dillərində sərbəst ünsiyyət; ingilis dili üstünlükdür; MS Office proqramları ilə işləmək bacarığı; Təqdimat, danışıqlar və müştəri münasibətlərini idarəetmə bacarığı; Təşəbbüskarlıq, məsuliyyət və nəticəyönümlülük. İş şərtləri Əməkhaqqı: 1 000 AZN + satış bonusu; İş qrafiki: bazar ertəsi–cümə, 08:30–17:30; Rəsmi əmək müqaviləsi; Korporativ nömrə və işgüzar görüşlər üçün taksi təminatı; İş yeri: Bakı şəhəri, Xətai rayonu, Rövşən Əliyev küçəsi 1, Nobel Hotelin yanı. CV-nizi mövzu hissəsində “Korporativ satış üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.