Siyasi Analitik - Head Start Career Development

Location: Bakı

Əsas vəzifələr Yerli və beynəlxalq siyasi proseslərin gündəlik monitorinqinin aparılması; Siyasi, geosiyasi və sosial-iqtisadi hadisələrin təhlili və qiymətləndirilməsi; Analitik hesabatların, arayışların və təqdimat materiallarının hazırlanması; Dövlət siyasəti, regional təhlükəsizlik və beynəlxalq münasibətlər sahələrində araşdırmaların aparılması; Rəhbərlik üçün qərarvermə prosesini dəstəkləyən analitik məlumatların hazırlanması; Media və ictimai rəyin təhlilinin aparılması; Konfrans, görüş və tədbirlər üçün analitik materialların hazırlanması; Siyasi risklərin qiymətləndirilməsi və proqnozlaşdırılması. Tələblər Siyasi elmlər, beynəlxalq münasibətlər, hüquq, dövlət idarəçiliyi və ya əlaqəli sahələr üzrə ali təhsil üstünlükdür; Yaş həddi: 23-30 yaş; Azərbaycan dilini sərbəst bilmək; Rus dili – əla səviyyədə; İngilis dili – minimum B2 səviyyəsində; Güclü analitik və tədqiqat bacarıqları; Analitik hesabat və məqalə yazmaq bacarığı; Yerli və beynəlxalq siyasi gündəmi daim izləmək vərdişi; MS Office proqramlarında, xüsusilə PowerPoint və Excel-də işləmək bacarığı; Yüksək təqdimat və ünsiyyət bacarıqları. Təklif edirik: Peşəkar inkişaf və beynəlxalq təcrübə imkanı  Karyera yüksəlişi perspektivi  Rahat və dinamik iş mühiti  Xarici tərəfdaşlarla işləmək imkanı  Rəqabətli əmək haqqı Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.  Əmək haqqı: 2000-2400 AZN (Namizə görə dəyişir) Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Siyasi Analitik" qeyd etməklə M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na  göndərə bilərlər.