Location: Bakı
Vəzifə öhdəlikləri: Dəmir-beton layihələrinin hesabatının yoxlanılması; Beton, armatur və qəlib miqdarının hesablanması; Materialların ayırd edilməsi; Podratçı tərəfindən görülən dəmir və qəlib işlərinə nəzarət edilməsi və təhvil alınması; Beton işlərinə nəzarət edilməsi; Görülmüş işlər üzrə günlük, aylıq hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək. Tələblər: Ali təhsil (memarlıq və ya inşaat mühəndisliyi ixtisasından məzun olmaq) Beton-qəlib sahəsi üzrə minimum 2 il iş təcrübəsi; Yaxşı səviyyədə Microsoft Office və Autocad proqram bilikləri; Problemi qısa zaman çərçivəsində həll etmə və analiz bacarığı; Detallara diqqətli yanaşması və minimum bir layihə bitirməsi. İş şəraiti: 6 günlük iş qrafiki; İş yeri: Gəncə; Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Sahə mühəndisi (Beton-qəlib işləri üzrə, Gəncə)” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.