Yüklənir...
Location: Bakı
Təsvir Gündəlik və aylıq xərclərin izlənməsi, təhlil edilməsi və verilən hədəflərə uyğun olub olmamasının yoxlanılması; Xammalların girişindən hazır məhsul çıxışına qədər prosesin izlənməsi, kontrol edilməsi; Resepturalara əsasən yeməklərin maya dəyərinin hesablanması; Kampuslarda həftəlik və aylıq xammal sayımının təşkil edilməsi və nəzarət edilməsi, anbar qalıqlarının düzgünlüyünün təmin olunması; Anbar qalıqları, artıq sərfiyyat, itkilər və uyğunsuzluqların aşkar edilməsi, səbəblərinin araşdırması; Rəhbərliyə mütəmadi hesabatların verilməsi; Xərclərin azaldılması və optimallaşdırılması üçün təkliflərin verilməsi; Satın alınan məhsulların qiymət və müvafiq sənədlərinin yoxlanılması. Tələblər Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil; Cost Control sahəsində xüsusilə katerinq və ya restoran sektorunda minimum 2 il iş təcrübəsi; Analitik düşünmə və təhlil bacarığı; İİKO və 1C proqramı ilə işləmə bacarığı; Dəqiqlik, məsuliyyətlilik və komandada işləmə bacarığı. Biz nə təklif edirik: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə; İş saatları: 08:00-17:00 (həftədə 5 dəfə); Könüllü tibbi sığorta; Uşaqlara məktəb endirimləri; Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı; Peşəkar inkişaf imkanı. Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.