Location: Bakı
Təsvir Şirkətin fəaliyyətinə dair siyasət, qayda, təlimat və biznes proses xəritələrinin hazırlanmasında iştirak etmək və ya müvafiq struktur bölmələr tərəfindən hazırlanmasını təşkil etmək; Biznes prosesləri monitorinq etmək, mövcud çatışmazlıqları müəyyənləşdirmək və onların aradan qaldırılması, proseslərin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaq; Biznes proseslərin təsdiq edilmiş qayda və prosedurlara uyğun icrasına nəzarət etmək və mütəmadi yoxlamalar aparmaq; Risk reyestrini hazırlamaq, yeni aşkarlanan riskləri qeydiyyata almaq, qiymətləndirmək və reyestri mütəmadi yeniləmək; Risk Komitəsi və yuxarı rəhbərlik üçün Əsas Risk Göstəriciləri (KRI) üzrə dövri hesabatlar hazırlamaq və təqdim etmək; Şirkətin müştərilərinin kredit limitlərinin artırılması ilə bağlı müraciətlərini ətraflı təhlil etmək və vaxtında cavablandırmaq. Tələblər Risklərin idarə edilməsi, maliyyə, audit və ya əlaqəli sahələr üzrə ali təhsil; Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; Azərbaycan dilini sərbəst bilmək, ingilis və rus dillərini bilmək arzuolunandır; MS Excel, Word, Visio və PowerPoint proqramları üzrə yüksək səviyyədə bilik; Mikro və 1C ERP sistemləri üzrə bilik arzuolunandır. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.