Location: Bakı
Şöbə: İnformasiya Texnologiyaları İş yeri: Bakı şəhəri İş rejimi: Tam ştat Vəzifə öhdəlikləri: Otelin kompüter və şəbəkə infrastrukturunun fasiləsiz fəaliyyətini təmin etmək; Cisco şəbəkə avadanlıqlarının quraşdırılması, sazlanması və idarə edilməsini həyata keçirmək; MikroTik avadanlıqlarının quraşdırılması və idarə olunmasını təmin etmək; Lokal və simsiz şəbəkələrin (Wi-Fi) fəaliyyətinə nəzarət etmək; Şəbəkə bağlantılarında yaranan texniki problemləri müəyyən etmək və aradan qaldırmaq; Şəbəkə təhlükəsizliyini təmin etmək, təhlükəsizlik qaydalarını tətbiq etmək; Şəbəkə trafikini izləmək və təhlil etmək; DHCP, DNS, NAT, VPN və təhlükəsizlik qaydalarının sazlanmasını həyata keçirmək; Şəbəkə avadanlıqlarının texniki vəziyyətinə nəzarət etmək; Şəbəkə sistemlərinin performansını optimallaşdırmaq və texniki sənədləşdirmə aparmaq; İT infrastrukturu ilə bağlı texniki dəstək göstərmək. Namizədə tələblər: İT və şəbəkə infrastrukturu sahəsində iş təcrübəsi; Cisco Switch avadanlıqlarının konfiqurasiyası və idarə olunması üzrə praktiki biliklər; MikroTik RouterOS üzrə bilik və təcrübə; TCP/IP, OSI modeli, IP ünvanlaşdırılması və alt şəbəkələr üzrə biliklər; VLAN, Trunking, Inter-VLAN Routing və STP üzrə biliklər; Marşrutlaşdırma və kommutasiya texnologiyaları, Static Routing və OSPF üzrə biliklər; DHCP, DNS, NAT, Firewall, ACL və VPN konfiqurasiyası üzrə biliklər; MikroTik üzərində Firewall, NAT, Mangle, Queue və Routing idarəetmə bacarığı; Simsiz şəbəkələr, giriş nöqtələri və Wi-Fi infrastrukturu üzrə biliklər; Şəbəkə monitorinqi, trafik təhlili və texniki problemlərin aradan qaldırılması bacarığı; CCNA və MTCNA sertifikatları üstünlükdür; Texniki sənədləşdirmə bacarığı; İngilis dili biliyi mütləqdir; Analitik düşünmə, məsuliyyətlilik və operativ qərarvermə bacarığı. İş şəraiti: Əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi; Peşəkar və dinamik komandada çalışma imkanı; Karyera və peşəkar inkişaf imkanları; İşçilər üçün nahar təminatı; Beynəlxalq otel şəbəkəsində təcrübə qazanmaq imkanı. Uyğun namizədlər CV-lərini mövzu hissəsində “İT üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.