Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Quyuların əsaslı təmiri və quyuya müdaxilə layihələrinin mühəndislik və əməliyyat baxımından planlaşdırılmasını həyata keçirmək; Quyunun tarixçəsi, quyu sxemi, təzyiq məlumatları və digər texniki məlumatları təhlil etmək; Quyu əsaslı təmir proqramlarının, əməliyyat ardıcıllıqlarının və texniki prosedurların hazırlanmasında iştirak etmək; Zəruri mühəndislik və hidravlik hesablamaları aparmaq; Fishing, Milling, Washover, quyu lüləsinin təmizlənməsi, quyu təzyiqinin idarə edilməsi və quyuya nəzarət (well killing) əməliyyatları, NKB əməliyyatları və digər quyu müdaxiləsi işlərinə mühəndislik dəstəyi göstərmək; BHA, müdaxilə alətləri, avadanlıq və materialların texniki uyğunluğunu və hazırlıq vəziyyətini yoxlamaq; Əməliyyatlar üçün tələb olunan avadanlıq, material və xidmətlərin müəyyən edilməsində, satınalma və logistika proseslərinin texniki koordinasiyasında iştirak etmək; Təchizatçıların texniki təkliflərinin qiymətləndirilməsində iştirak etmək; Quyu əsaslı təmir əməliyyatları üzrə risklərin qiymətləndirilməsi, JSA/JHA və SIMOPS sənədlərinin hazırlanmasına dəstək göstərmək; Təzyiq sınaqları və quyu bütövlüyü ilə bağlı fəaliyyətlərdə iştirak etmək; Əməliyyatların şirkət prosedurlarına, Sifarişçinin tələblərinə, SƏTƏM qaydalarına və tətbiq olunan sənaye standartlarına uyğun həyata keçirilməsinə dəstək göstərmək; Əməliyyat zamanı yaranan texniki problemlərin və avadanlıq nasazlıqlarının araşdırılmasında iştirak etmək. Namizədə tələblər: Neft mühəndisliyi, Qazma mühəndisliyi, Mexanika mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil; Neft-qaz sənayesində minimum 5 il iş təcrübəsi ; Quyu əsaslı təmir, tamamlama, quyuya müdaxilə, qazma və ya əlaqəli sahələrdə minimum 3 il iş təcrübəsi ; Fishing, Milling, Washover, quyunun öldürülməsi və təzyiqə nəzarət əməliyyatları üzrə təcrübə arzuolunandır; Dənizdə quyu əsaslı təmir və quyuya müdaxilə əməliyyatları üzrə təcrübəyə üstünlük verilir; Texniki sənədlərlə işləmək və mühəndislik hesablamaları aparmaq bacarığı; SƏTƏMM tələbləri və quyu bütövlüyü prinsipləri üzrə bilik; Komandada işləmək və effektiv kommunikasiya bacarığı. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .