Yüklənir...
Location: Bakı
Azərbaycanda pizzaya olan baxışı dəyişən, keyfiyyət və yenilikçilik prinsiplərini ön planda tutan "Pizza Mizza" MMC öz komandasına Zal üzrə Briqada üzvü axtarır! Əgər qonaqpərvərsinizsə, insanlarla ünsiyyəti sevirsinizsə və gənc, dinamik komandada karyera qurmaq istəyirsinizsə, bizə qoşulun. Vəzifə öhdəlikləri Zal stansiyası və xidmət: Qonaqları səmimi qarşılamaq, menyunu təqdim etmək və sifarişləri dəqiq qəbul etmək Sifarişlərin vaxtında və təqdimat standartlarına uyğun çatdırılmasını təmin etmək Masaların, oturacaqların, zalın ümumi təmizliyinə və masaüstü aksessuarların (duz, istiot, salfet və s.) doluluğuna nəzarət etmək Masaların dərhal təmizlənməsini (boş qabların və tullantıların yığılmasını) təmin etmək Növbə başlayarkən və bitərkən zal stansiyasını işə hazırlamaq və təhvil vermək Müştəri məmnuniyyəti: Qonaqlara diqqətli və təbəssümlə xidmət göstərərək müsbət atmosfer yaratmaq Qida allergiyası və ya xüsusi pəhriz tələbi olan müştərilərə menyu seçimində düzgün məsləhətlər vermək Müştəri şikayətlərini təmkinlə dinləmək və həlli üçün dərhal Növbə Menecerinə məlumat vermək Qonaqların rəy və təkliflərini qeydə alaraq rəhbərliyə çatdırmaq Satış və əməliyyatlar: Yeni məhsulları, promo-aksiyaları və xüsusi təklifləri qonaqlara fəal təqdim etmək Əlavə satış texnikalarından ( Upselling / Cross-selling ) istifadə edərək orta çeki artırmaq Sifarişləri Kassa / POS sisteminə dərhal və səhvsiz daxil etmək Hesabı vaxtında təqdim etmək və ödənişləri (nağd / nağdsız) tam və dəqiq həyata keçirmək Məsuliyyət, gigiyena və təhlükəsizlik: Restoranın avadanlıqlarına, qab-qacağa və əsas vəsaitlərinə ehtiyatla yanaşmaq Şəxsi gigiyena, uniforma və Qida Təhlükəsizliyi standartlarına şərtsiz əməl etmək Xammal və resursların qənaətcil istifadəsinə töhfə vermək Tələblər Təhsil: Orta və ya ali Yaş həddi: 18 – 35 Gülərüz, səliqəli, məsuliyyətli və operativ işləmə bacarığı Komandada işləmək həvəsi və çevik öyrənmə qabiliyyəti Karyera yüksəlişinə maraq və inkişaf istəyi İş şəraiti və üstünlüklər Rəsmiləşdirmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun İş qrafiki: 6 günlük (növbəli) Əməkhaqqı: 500 AZN (net) + əlavə iş saatlarına görə ödəniş Qidalanma: Şirkət tərəfindən nahar təmin edilir Karyera imkanları: Pulsuz təlimlər, gənc və dinamik kollektivdə sürətli karyera artımı Maraqlanan şəxslər 077-438-14-15 əlaqə nömrəsinə yazmaqla əlaqə saxlaya bilər və ya Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vəzifəni göstərərək vakansiya müraciət edə bilər.