Location: Bakı
Təsvir Layihələrin ehtimal büdcə (estimate budget) və xərc planlarının (cost plans) hazırlanması prosesinin təşkili və idarə olunması; Layihələrin iş qrafikinin hazırlanmasının və nəzarətinin təşkili; Layihələndirmə və tikinti mərhələlərində dəyərin idarə olunması (Value management); Layihələrin bütün mərhələlərində dəyişikliklərə nəzarət; Layihələndirmə və tikinti mərhələlərində zərurət yarandığı zaman mühəndis optimallaşdırması prosesini təşkil etmək (Value Engineering); Layihələrin strategiyasına uyğun olaraq, tender və satınalma paketinin hazırlanması prosesinin təşkili və prosesin icrasına cavabdeh olmaq; Müqavilələrin hazırlanması prosesinə imzaya qədər nəzarət və idarə etmək; Müqavilələrin imza prosesindən sonra icrasının nəzarətini təmin etmək (Contract Administration); Müqavilələrin ödəniş cədvəlinə nəzarət və idarə etmək; İmzalanmış müqavilələrin dəyişikliklərinin idarə olunması (post-contract stage change management and control); Layihələrin maliyyə axınları hesabatlarının hazırlanması prosesinə nəzarət və idarə etmək (Initial Cash flows Management); İddiaların (tələblərin) təhlili, əsas səbəblərinin araşdırılması və hesabatların rəhbərliyə təqdim edilməsi; Layihələrin Aralıq hesabatlarının hazırlanması (Interim Cost Reports); Layihələrin qazanılmış dəyərinin periodik təhlilini aparmaq (Earned Value Analysis); Layihə çərçivəsində podratçıların müqavilə üzrə ilkin və yekun təhvil-təslim prosesini təşkil etmək (Practical & Final Completion Certificates); Layihələrin kommersiya tərəfindən uğurlu olmasını təmin etmək; Layihələr üzrə Yekun Xərc və Qənaət Hesabatını hazır etmək və Layihə müdirinə təqdim etmək. Tələblər Ali təhsil: Müvafiq ixtisas üzrə ali təhsil; İş təcrübəsi: Mülki tikinti sahəsində, oxşar vəzifədə azı 4 il iş təcrübəsi; Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili - yaxşı; Kompyuter bilikləri: MS Ofis proqramları, AutoCad; Komanda şəklində çalışmaq və əməkdaşlıq bacarıqları. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.