Yüklənir...
Location: Bakı
Redmark Agency olaraq komandamıza video və foto çəkilişləri ideyadan çəkilişə qədər idarə edəcək kreativ prodüser axtarırıq. Öhdəliklər: Pre-production: ssenari və brief əsasında çəkiliş planı, shot-list və call-sheet hazırlanması, komandanın (videoqraf, fotoqraf) çəkilişə hazırlanması Çəkiliş günü: çəkilişlərdə şəxsən iştirak, prosesin vaxtında və brief-ə uyğun getməsinə nəzarət, həkimlərə kamera qarşısında rahat olmaqda dəstək Məkan axtarışı: klinikadan kənar çəkilişlər və brend kampaniyaları üçün uyğun məkanların tapılması, razılaşdırılması və icarəsi Rekvizit və logistika: lazım olduqda rekvizit, geyim, dekor və məhsulların təmin edilməsi; model, aktyor, qrim ustası kimi podratçılarla koordinasiya Büdcə və nəzarət: çəkiliş xərclərinin planlanması və büdcə çərçivəsində qalınması Post-production ötürülməsi: materialların montaj komandasına vaxtında və sistemli şəkildə təhvil verilməsinə nəzarət Tələblər: Prodakşn, reklam agentliyi, media və ya tədbir təşkili sahəsində minimum 1 il təcrübə Video çəkiliş prosesini, xüsusilə Reels/TikTok formatlı sosial media kontentinin necə hazırlandığını yaxşı anlamaq Güclü təşkilatçılıq: eyni həftədə bir neçə müştəri üzrə çəkilişləri planlayıb idarə edə bilmək Həkimlər və klinika rəhbərliyi ilə peşəkar və nəzakətli ünsiyyət qurmaq bacarığı Tibbi mühitin həssaslığını anlamaq: pasiyent məxfiliyinə və klinika qaydalarına hörmət Stresli situasiyalarda soyuqqanlı qalmaq və çəkiliş günü yaranan problemləri operativ həll etmək İş şəraiti Əmək haqqı: 500-700 AZN İş qrafiki: Həftə içi 5 gün 09:00-18:00 Nə təklif edirik: Qurulmuş proseslər və aydın kontent planı ilə sistemli iş mühiti Videoqraf, kontent və marketinq komandası ilə yaxın əməkdaşlıq Güclü komanda mədəniyyəti və mütəmadi team building CV-nizi və varsa portfolionuzu “Prodüser” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.