Satış Meneceri (Gübrə və Biostimulyatorlar) - Sar One Group MMC

Location: Bakı

Kənd təsərrüfatı, gübrə və müasir bitki qidalanması sahəsində satış təcrübəniz var? Fermerlər və təsərrüfat sahibləri ilə dil tapmağı, onlara doğru həllər təklif edərək satış etməyi bacarırsınızsa, komandamıza qoşulmağa dəvətlisiniz! İşin təsviri və öhdəliklər: Kənd təsərrüfatı subyektlərinə (fermerlər, aqro-maqazinlər, iri təsərrüfatlar) biostimulyator, bioprotektor və gübrə məhsullarının təqdim olunması və satışı Yeni müştəri bazasının formalaşdırılması və mövcud müştəri əlaqələrinin inkişaf etdirilməsi Bitki mühafizəsi və qidalanması üzrə doğru məhsul seçiminə köməklik göstərilməsi (məhsulların effektivliyini sadə dildə izah etmək) Təyin olunmuş satış hədəflərinə çatılması və sahə görüm-baxımlarının (məhsul təqdimatlarının) təşkil olunması Namizədə olan tələblər: Kənd təsərrüfatı, gübrə və ya aqro-kimya satışı sahəsində təcrübə (biostimulyator və bioprotektorlar haqqında anlayışın olması üstünlükdür) Fermerlər və aqrar sektor nümayəndələri ilə rahat ünsiyyət qurmaq və inandırmaq qabiliyyəti Aktiv satış bacarığı və nəticəyə yönümlülük Sürücülük vəsiqəsi (B kateqoriyası) və regionlara səfər etmək imkanı Biz nə təklif edirik? Şirkətimiz yüksək performans göstərən əməkdaşlar üçün rəqabətədavamlı gəlir və şəffaf bonus sistemi təklif edir: Əməkhaqqı: 800-1200 AZN (namizədin təcrübə və biliklərinə əsasən) + satışdan yüksək bonus/faiz  Təminat: Korporativ nömrə, avtomobil və ya yanacaq/nəqliyyat xərclərinin qarşılanması Peşəkar mühit: Keyfiyyətli məhsul portfeli və karyera yüksəliş imkanı Nahar: Şirkət tərəfindən təmin olunur İş ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Aztex plaza Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Satış Meneceri" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya +994518306677 əlaqə nömrəsinə göndərmələri xahiş olunur.