Location: Bakı
Vəzifə öhdəlikləri: Şirkətin illik büdcəsinin və ortamüddətli maliyyə planlarının hazırlanmasını və konsolidasiyasını təşkil etmək; Büdcə təkliflərini təhlil etmək, əsaslandırılmasını və maliyyə imkanları ilə uyğunluğunu qiymətləndirmək; Büdcənin aylıq, rüblük və illik icrasına nəzarət etmək, plan-fakt təhlilləri aparmaq və kənarlaşmaların səbəblərini müəyyənləşdirmək; Gəlir, xərc, mənfəət, əməkhaqqı fondu, işçi sayı və kapital qoyuluşları üzrə proqnozların hazırlanmasını təşkil etmək Maliyyə və əməliyyat göstəricilərini təhlil etmək, gəlirlilik, rentabellik, xərclərin effektivliyi və digər əsas KPI-lar üzrə qiymətləndirmələr aparmaq; Xərclərin optimallaşdırılması və resurslardan səmərəli istifadə imkanlarını müəyyən etmək və təkliflər hazırlamaq; Müxtəlif biznes və maliyyə ssenariləri üzrə təhlillər, həssaslıq və stress-testlər aparmaq; İnvestisiya layihələri və biznes təkliflərini NPV, IRR, geriödəmə müddəti və digər maliyyə göstəriciləri əsasında qiymətləndirmək; Büdcə, maliyyə təhlili, proqnozlaşdırma və idarəetmə hesabatlılığı üzrə metodologiya və daxili prosedurların hazırlanmasında iştirak etmək; Maliyyə modellərinin hazırlanması və yoxlanılmasını, büdcə və proqnoz versiyalarının düzgün sənədləşdirilməsini təmin etmək; Maliyyə direktoruna və rəhbərliyə maliyyə göstəriciləri, risklər və biznes qərarları üzrə analitik rəy və təkliflər təqdim etmək. Biznes vahidləri (istehsal, satış, marketing, logistika və s.) üzrə maliyyə planlarının formalaşdırılması, büdcə disiplinin qorunub saxlanmasına nəzarət, faktiki nəticələrin büdcə və forecast ilə müqayisəli təhlilini aparmaq Məhsul (SKU), satış kanalı və müştəri seqmenti üzrə gəlirlilik analizlərini aparmaq, COGS, Gross margin, Contribution margin, EBITDA kimi əsas göstəricilərin təhlilini həyata keçirmək Hesabatlılıq proseslərinin avtomatlaşdırılması və təkmilləşdirilməsini həyata keçirmək, Excel və BI alətləri vasitəsilə dashboard və analitik alətlərin qurulmasını təmin etmək Biznes vahidləri (istehsal, satış, marketing, logistika və s.) üzrə maliyyə planlarının formalaşdırılması, büdcə disiplinin qorunub saxlanmasına nəzarət, faktiki nəticələrin büdcə və forecast ilə müqayisəli təhlilini aparmaq Namizədə tələblər Ali təhsil (Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə) Müvafiq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 2 il iş təcrübəsi Komandaları idarə etmə və maliyyə proseslərini effektiv şəkildə idarə etmək üçün maliyyə menecmentində ixtisaslaşma. FP&A, maliyyə modelləşdirmə və biznes analizi üzrə biliklər ACCA, CIMA, CFA üzrə sertifikatlar üstünlüktür Qərarvermə və problemləri həll etmə bacarığı Vaxtın və resursların effektiv idarə etmə bacarığı Strateji düşünmə və planlaşdırma bacarığı Güclü analitik düşüncə, detallara diqqət, vaxtın idarə edilməsi, nəticə yönümlülük MS Excel və Power BI bilikləri yaxşı səviyyə Komanda idarəçiliyi, ünsiyyət və liderlik bacarıqları Digər məlumatlar: Əmək bazarına uyğun rəqabət qabiliyyətli əmək haqqı və bonus sistemi Yanacaq kartı Nahar ilə təminat Könüllü tibbi sığorta paketi Korporativ mobil nömrə və aylıq danışıq limiti Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “ Maliyyə analiz, büdcə və hesabatlılıq üzrə ş öbə müdiri ” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər