Location: Bakı
Təsvir Müştərilərə Bankın məhsulları, xidmətləri və onların tarifləri, o cümlədən Bankın kampaniyaları barədə ətraflı məlumat vermək; “Q-matic” aparatından istifadə zamanı yaranan suallarını cavablandırmaq və onların Bank xidmətlərindən istifadə etmələrinə köməklik göstərmək; Filiala daxil olan sənədləri bankdaxili qaydalara uyğun olaraq qeydiyyata almaq və aidiyyəti üzrə təqdim etmək; Zərurət olduğu halda filialdan göndərilməsi nəzərdə tutulan sənədləri bankdaxili qaydalara uyğun olaraq qeydiyyata almaq, kuryer vasitəsilə ünvana çatdırılmasını təmin etmək; Filiallarda kargüzarlıq işinin təkmilləşdirilməsinə dair təkliflər vermək; Filial direktorunun qəbuluna gələn qonaqları müşayiət etmək; Filiala daxil olan zəngləri filialın aidiyyəti işçilərinə yönəltmək; Cari sənədlərin yığılması, saxlanılması və arxivləşdirilməsini həyata keçirmək; Tələb olunan hesabatları tam və vaxtında aidiyyəti üzrə göndərmək; Filial direktorunun ona tapşırdığı işləri yerinə yetirmək. Tələblər Ali magistr təhsili; (və ya ona bərabər tutulan təhsil səviyyəsi); Azərbaycan və rus dilini mükəmməl səviyyədə bilmək; Bu sahədə 1 (bir) ildən artıq təcrübə; Namizədlərin məlumatlarının 1C 8.3 versiyasında işləyə bilməsi; Kompüter bilikləri; Ofis ləvazimatları (printer, scanner, fax) ilə işləmək bacarığı; İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti, kollektivdə işləmək bacarığı olmalı; Stressə davamlılıq. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.