Yüklənir...
Location: Bakı
Tələblər: Ali təhsil müvafiq sahədə; İR sahəsində ən azı 3 il iş təcrübəsi; Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, ingilis dilində yüksək səviyyədə ünsiyyət və yazılı kommunikasiya bacarığı; Microsoft Office bilikləri- yüksək səviyyədə Excel bilikləri ; Analitik düşüncə,hesabatlılıq səriştələri; Əmək qanunvericiliyi bilikləri. Əsas öhdəliklər: Təyin olunmuş biznes bölmələrində işçilər və rəhbərlik üçün insan resursları proseslərində vahid əlaqələndirici şəxs və vasitəçi rolunu oynamaq; Biznes liderləri ilə güclü əlaqələr qurmaq, onların ehtiyaclarını və tələblərini anlamaq, bizneslərin ehtiyaclarına uyğun HR strategiyalarını inkişaf etdirmək üçün onlarla əməkdaşlıq etmək. Şirkət üzrə işə qəbul prosesinin həyata keçirilməsi- d axil olan müraciətləri təhlil etmək və səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri müsahibə mərhələsinə dəvət etmək; Namizədlərlə ilkin müsahibələri keçirmək, müsahibə nəticələri barədə namizədlərə lazımi məlumatlar vermək,müvafiq vəzifələr üzrə işə qəbul edilmiş namizədlərə sənəd siyahısı verərək sənədləşməyə yönləndirmək; İR üzrə siyasət və prosedurlarının tətbiqi və riayət olunmasına nəzarət etmək; Struktur-bölmələrin əməkdaşları arasında davamçıların (successor-ların) müəyyən olunması və inkişaf etdirilməsi prosesinin həyata keçirilməsinə dəstək və kordinasiya; Komanda ruhunun yüksəldilməsi, iş fəaliyətində effektivliyin artırılması və əməkdaşların şirkətə bağlılığının təmin edilməsi üçün xidmət göstərdiyiniz strukturların heyəti ilə sıx əməkdaşlıq; Görülən işlərlə bağlı həftəlik, aylıq hesabatlar hazırlamaq və rəhbərinə təqdim etmək. İş şəraiti: Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur; KPİ dəyərləndirmə əsasında bonus; Əmək haqqı 1800-2000 Azn. Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.