Location: Bakı
ABV.AZ komandası maliyyə sənədlərinin düzgün sistemləşdirilməsi, saxlanılması və arxivləşdirilməsini təmin edəcək Arxivçi axtarır. Vəzifə öhdəlikləri: Maliyyə sənədlərinin qəbulunu, uçotunu, sistemləşdirilməsini və arxivləşdirilməsini həyata keçirmək; Fiziki və elektron arxivlərin təşkili və idarə olunmasını təmin etmək; Sənədlərin skan edilməsi və rəqəmsallaşdırılmasını həyata keçirmək; Arxiv sənədlərinin məxfiliyini və təhlükəsizliyini təmin etmək; Sənədlərin saxlanma müddətlərinə və arxiv vəziyyətinə nəzarət etmək ; Arxiv üzrə tələb olunan hesabatları hazırlamaq ; Daxili prosedurlara və qanunvericiliyin tələblərinə riayət etmək . Tələblər: Ali və ya orta ixtisas təhsili; Arxiv, kargüzarlıq və ya sənədləşmə sahəsində iş təcrübəsi üstünlükdür ; MS Office , xüsusilə Excel və Word proqramlarında işləmək bacarığı; Səliqəlilik, diqqətlilik və məsuliyyətlilik; Sənədlərlə sistemli işləmək və məxfi məlumatları qorumaq bacarığı. Biz təklif edirik: İş saatları: Bazar ertəsi – Cümə, 09:00–18:00; Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur; Azərbaycan Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi ; Peşəkar və dəstəkləyici iş mühiti. CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Arxivçi” başlığı ilə göndərə bilərsiniz.