Yüklənir...
Location: Bakı
İT və təhlükəsizlik avadanlıqlarının satışı və distribütorluğu sahəsində fəaliyyət göstərən şirkətimiz komandamıza zəif axın sistemləri üzrə texniki biliklərə malik İT menecer axtarır. Əsas vəzifə öhdəlikləri: Müştərilərin texniki ehtiyaclarını müəyyən etmək və uyğun avadanlıq həlləri təklif etmək; Videomüşahidə (CCTV), şəbəkə avadanlıqları, girişə nəzarət və digər zəif axın sistemləri üzrə məhsul seçimini həyata keçirmək; Texniki spesifikasiyaların, avadanlıq siyahılarının və kommersiya təkliflərinin hazırlanmasında iştirak etmək; Müştərilərə məhsulların texniki xüsusiyyətləri və tətbiq imkanları barədə məsləhət vermək; Satış komandası ilə birlikdə layihələrin texniki tərəfini əlaqələndirmək; Zərurət olduqda obyektlərdə ilkin texniki baxış keçirmək və avadanlıq tələbatını müəyyənləşdirmək; Satışdan sonra yaranan texniki sualların həllində servis və texniki komanda ilə əməkdaşlıq etmək; İstehsalçıların texniki sənədlərini və məhsul yeniliklərini izləmək. Namizədə tələblər: İT, telekommunikasiya, elektronika və ya əlaqəli sahə üzrə biliklər; CCTV, IP kameralar, NVR/DVR, şəbəkə avadanlıqları və girişə nəzarət sistemləri barədə anlayış; IP ünvanlama, LAN, PoE, switch və router avadanlıqları haqqında bilikləri; Texniki məlumatları təhlil etmək və müştəriyə aydın izah etmək bacarığı; Texniki təkliflər və avadanlıq siyahıları ilə işləmək bacarığı; Ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı. Üstünlükdür: İT avadanlıqlarının satışı və ya texniki məsləhət sahəsində təcrübə; Layihə və avadanlıq seçimi üzrə təcrübə. Biz nə təklif edirik? Peşəkar və dinamik komandada iş; İT və təhlükəsizlik avadanlıqları üzrə biliklərin inkişafı; Peşəkar inkişaf və karyera imkanları; Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən edilir. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .