Location: Bakı
Arash Company komandası üçün sosial media layihələrinin idarə olunmasını, müştəri hesabları ilə işin koordinasiyasını və rəqəmsal marketinq fəaliyyətlərinin effektiv icrasını təmin edəcək SMM & Account Manager axtarırıq. Vəzifə öhdəlikləri: Sosial media hesablarının idarə olunması və kontent strategiyasının icrası; Müştərilərlə gündəlik kommunikasiyanın qurulması və sorğuların idarə edilməsi; Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun marketinq həllərinin təklif olunması; Foto və video çəkilişlərin, dizayn və kreativ işlərin təşkili; SMM layihələrinin vaxtında və keyfiyyətlə icrasına nəzarət; Aylıq hesabatların hazırlanması və təqdim edilməsi; Komanda üzvləri və digər şöbələrlə iş prosesinin koordinasiyası. Namizədə tələblər: Marketinq, biznesin idarə olunması və ya digər müvafiq sahədə ali təhsil; SMM və ya Account Management sahəsində minimum 1 il iş təcrübəsi; Sosial media platformaları və rəqəmsal marketinq alətləri üzrə biliklər; Müştərilərlə kommunikasiya və münasibətlərin idarə olunması bacarığı; Meta Business Suite və reklam alətləri üzrə biliklər; Təşkilatçılıq, təqdimat və problem həll etmə bacarığı; Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərində ünsiyyət bacarığı; İş şəraiti: Bakı şəhəri; Həftənin 5 günü, 09:00–18:00; Rəsmi əmək müqaviləsi; Əməkhaqqı müsahibə əsasında müəyyən edilir. CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “SMM & Account Manager” qeyd etməklə göndərə bilərsiniz.