Location: Bakı
“AZERA Holdinq”in tərkibində fəaliyyət göstərən “AGRO-LAND-AZ” QSC İnsan Resursları üzrə mütəxəssis vəzifəsinə məsuliyyətli, diqqətli namizədləri komandamıza dəvət edir. Əsas vəzifələr İşə qəbul, əmək müqavilələrinin ƏMAS-da rəsmiləşdirilməsi, kadr əmrlərinin hazırlanması və əmək müqavilələrinə dəyişiklik və xitam proseslərini həyata keçirmək. İşçilərin şəxsi işlərini formalaşdırmaq, tələb olunan sənədlərin tamlığını yoxlamaq və məlumatları aktual saxlamaq; İşçilərin davamiyyət məlumatlarının, işə gəlməmə, gecikmə, icazə, xəstəlik və digər halların sənədləşdirilməsində iştirak etmək; Ştat cədvəli üzrə işçi məlumatlarının, vəzifə və struktur dəyişikliklərinin düzgünlüyünü izləmək; İşçilərin əmək münasibətləri ilə bağlı müraciətlərinin cavablandırılmasında iştirak etmək; Əmək intizamının pozulması halları üzrə izahat, akt, təqdimat və digər sənədlərin hazırlanmasında iştirak etmək; İşçi sayı, işə qəbul, xitam, vakant ştat və digər HR göstəriciləri üzrə hesabatların hazırlanmasına dəstək vermək; Əmək qanunvericiliyində baş verən dəyişiklikləri izləmək və iş prosesində nəzərə almaq; İşçilərin şəxsi məlumatlarının və HR sənədlərinin məxfiliyini təmin etmək; İnsan Resursları şöbə müdiri tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək. Namizədə dair tələblər Ali təhsil (İnsan Resu rslarının idarə edilməsi, Menecment, Hüquq, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisaslar üzrə). İnsan Resurslarının idarə edilməsi və kadr inzibatçılığı üzrə təlimlər üstünlükdür; Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə təlim və sertifikatlar üstünlükdür; ƏMAS üzrə praktiki təlimlər üstünlükdür; İnsan Resursları sahəsində minimum 1 il iş təcrübəsi. Azərbaycan dili (əla), Rus dili və İngilis dili (üstünlükdür) Microsoft Office proqramları (Word, Excel, Outlook) – yaxşı səviyyədə; 1C ; Elektron sənəd dövriyyəsi sistemləri ilə işləmək bacarığı; Ofis avadanlıqları (printer, skaner, surətçıxarma aparatı və s.) ilə işləmək bacarığı. Məsuliyyətli, diqqətli və operativ; yüksək təşkilatçılıq, analitik düşüncə, ünsiyyət və komanda işi, vaxtın idarə edilməsi, məxfi məlumatların qorunması və çoxsaylı tapşırıqların paralel idarə olunması bacarığı. Əmək qanunvericiliyinə və daxili prosedurlara ciddi yanaşma. Bəy Namizədlər, Yaş 23–35 arası İş şəraiti İş yeri: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 10/76 (Buzovna xrustalni keçidin yaxınlığı) Əmək haqqı: 800–1000 AZN (NET) İş qrafiki: Tam iş günü Şirkət təklif edir Rəsmi əmək müqaviləsi; Stabil və uzunmüddətli iş imkanı; Peşəkar komandada inkişaf və karyera yüksəlişi imkanları; Korporativ və rahat iş mühiti. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrı mütəxəssis” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.