Location: Bakı
Vəzifə öhdəlikləri: Baş mühəndis rəhbərliyi altında layihələrin idarə edilməsi prosesinə yaxından dəstək göstərmək; Layihələndirilən obyektə dair tələbləri müəyyən etmək; Layihələrin icrası ilə bağlı sənədlərin (qiymət təklifi, layihə tapşırığı, məktublar, təhvil-təslim aktları, arayışlar, hesabatlar və s.) hazırlanmasını və müvafiq qaydada rəsmiləşdirilməsini təşkil etmək; Layihənin miqyası, iş həcmi və icra müddətinə əsasən iş bölgüsünü aparmaq, iş qrafikini hazırlamaq və onun icrasına nəzarət etmək; Layihələndirmə və tikinti prosesində sifarişçi, podratçı, layihəçilər və müqavilə əsasında cəlb olunan kənar mütəxəssislər arasında koordinasiyanı təmin etmək; Layihə iştirakçıları və müxtəlif bölmələr iştirakçılar arasında məlumat mübadiləsini və koordinasiyasını təşkil etmək; Layihənin icra vəziyyətini izləmək, işlərin müəyyən edilmiş müddətlərə uyğun olaraq yerinə yetirilməsinə nəzarət etmək və yaranan məsələlərin aidiyyəti şəxslərlə koordinasiyasını təmin etmək; Layihə-smeta sənədlərinin qüvvədə olan normativ tələblərə, texniki şərtlərə və layihə tapşırığına uyğunluğunu yoxlamaq; Layihələrin aidiyyəti dövlət qurumları və təşkilatlarla razılaşdırılması prosesini koordinasiya etmək; Layihələrin ekspertiza prosesini izləmək, bu çərçivədə qaldırılan məsələlərin aidiyyəti layihəçilər tərəfindən həllini koordinasiya etmək və müvafiq rəylərin alınmasını təmin etmək; Layihə üzrə daxil olan məktub, irad, rəy və digər sənədlərin aidiyyəti şəxslərə yönləndirilməsini təmin etmək, həmçinin onların cavablandırılması prosesini izləmək; Layihələrin icra vəziyyəti barədə rəhbərliyə mütəmadi məlumat və hesabatlar təqdim etmək. Namizəd bilməlidir: Layihələndirmə metodlarını; Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları, texniki şərtləri və digər rəhbər materialları; Layihələrin idarə edilməsi və layihələndirmə proseslərinin təşkili prinsiplərini; Layihələndirmə və tikinti sahəsində qabaqcıl təcrübəni; Tikinti və layihələndirmə sahəsinə aid normativ-texniki sənədləri və əsas tələbləri; Layihə-smeta sənədlərinin hazırlanması, rəsmiləşdirilməsi və təqdim edilməsi qaydalarını; Layihələrin aidiyyəti qurumlarla razılaşdırılması və ekspertiza prosesinin təşkili prinsiplərini; Layihələrin planlaşdırılması, iş bölgüsünün aparılması və icra müddətlərinin izlənilməsi metodlarını; Sənədləşmə, yazışma və layihə arxivinin təşkili qaydalarını. Tələblər Müvafiq sahə üzrə ali təhsil; Layihələrin idarə edilməsi və ya layihələndirmə sahəsində ən azı 5 il iş təcrübəsi; Layihələndirmə prosesləri və layihə-smeta sənədləri ilə işləmək təcrübəsi; Tikinti norma və qaydalarına dair biliklər; MS Office proqramlarında sərbəst işləmə bacarığı; AutoCAD proqramında işləmək bacarığı; Azərbaycan dilini mükəmməl bilməli (rus və ingilis dili bilikləri arzuolunandır); Sənədlərlə işləmə və koordinasiya bacarığı; Bir neçə layihəni eyni vaxtda idarə etmək və prioritetləri müəyyənləşdirmək bacarığı; Komandada işləmək bacarığı; Yüksək kommunikasiya və təşkilatçılıq bacarığı. Ümumi məlumat: İş yeri: Bakı şəhəri; İş rejimi: 5 günlük iş həftəsi/ 09:00 – 18:00; Nahar fasiləsi: 13:00 – 14:00; Əməkhaqqı: Müsahibə əsasında təyin ediləcəkdir; İşəqəbul: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirilir. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .