Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri Elektrik işləri üzrə verilmiş istehsalat tapşırıqlarını müvafiq norma, prosedur və keyfiyyət tələblərinə uyğun icra etmək; İş yerində təhlükəsizliyin təmin olunması, elektrik alət və avadanlıqlarından təhlükəsizlik qaydalarına uyğun istifadə etmək; Elektrik naqillərinin çəkilməsi, kabel tavalarının quraşdırılması, elektrik sxemləri üzrə birləşdirmə və bağlantı işlərini yerinə yetirmək; Elektrik avadanlıqları, kabellər və bağlantılar üzərində sınaq işlərini aparmaq; Elektrik avadanlıqlarının, naqillərin növləri, gərginlik mənbələri və onların texniki göstəriciləri barədə biliklərdən istifadə etmək; İş sahəsini istehsalat tullantılarından təmiz saxlamaq və tullantıları müəyyən edilmiş qaydada toplamaq; Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın və elektrik təhlükəsizliyi qaydalarına ciddi riayət etmək. Namizədə tələblər Müvafiq sahə üzrə peşə təhsili və ya iş təcrübəsi; Elektrik montaj işləri üzrə minimum 3 il iş təcrübəsi; Elektrik sxemlərini oxuma və montaj işlərini yerinə yetirmə bacarığı; Elektrik alət və avadanlıqları ilə işləmək bacarığı; Komandada işləmək, məsuliyyətli və intizamlı olmaq; Sahə şəraitində işləmək bacarığı. Günəş paneli layihələrində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir. İş şəraiti İş yeri: Cəbrayıl rayonu İş qrafiki: 12 gün iş / 3 gün istirahət (08:00-18:00) Nahar, yaşayış və servis şirkət tərəfindən təmin olunur. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.