SAP Maliyyə (FI/CO/AA/FM) Modulları üzrə Mütəxəssis / Aparıcı mütəxəssis - Baku Steel Company CJSC

Location: Bakı

İşin qısa təsviri SAP FI, CO, AA və FM modullarının tətbiqi, konfiqurasiyası, test edilməsi, dəstəklənməsi və optimallaşdırılması proseslərini həyata keçirmək, biznes tələblərinin SAP həllərinə uyğunlaşdırılmasını təmin etmək. Vəzifə öhdəlikləri SAP  FI, CO, AA və FM  modullarının konfiqurasiyası, dəstəklənməsi və təkmilləşdirilməsini həyata keçirmək; Biznes tələblərini toplamaq, təhlil etmək və uyğun SAP həllərinin hazırlanmasında iştirak etmək; Maliyyə proseslərini təhlil edərək optimallaşdırma və avtomatlaşdırma imkanlarını müəyyən etmək; SAP üzrə dəyişikliklərin və inteqrasiyaların test edilməsini, o cümlədən  UAT  proseslərini həyata keçirmək; Maliyyə proseslərinin digər funksional sahələrlə inteqrasiyasına dəstək göstərmək; Dövr içi və dövr sonu proseslərində maliyyə komandasına SAP üzrə dəstək vermək; Xarici SAP konsultantları, biznes və İT komandaları ilə koordinasiyalı işləmək; İstifadəçilər üçün təlimlər keçirmək və müvafiq sənədləri hazırlamaq. Tələblər Kompüter Elmləri, İnformasiya Texnologiyaları, İnformatika, Biznesin idarə edilməsi və ya əlaqəli sahədə ali təhsil; SAP  FI, CO, AA və FM  modullarının tətbiqi, konfiqurasiyası və dəstəyi üzrə minimum  2-4 il praktiki təcrübə ; SAP maliyyə modullarının konfiqurasiyası, inteqrasiyası və təkmilləşdirilməsi üzrə bilik; Maliyyə uçotu, xərclərin idarə edilməsi və büdcələmə prosesləri üzrə bilik; İngilis dili biliyi;  rus dili biliyi üstünlükdür ; Agile/Scrum metodologiyaları və Jira, SAP Solution Manager kimi alətlərlə iş təcrübəsi arzuolunandır; Güclü analitik düşüncə, problem həll etmə və kommunikasiya bacarıqları. Üstünlükdür Müvafiq SAP sertifikatlarının olması; SAP tətbiqi və transformasiya layihələrində iştirak təcrübəsi; ABAP, Java və ya Python  üzrə bilik. Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Rəqabətli əmək haqqı; Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.