Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Verilmiş texniki tapşırıq əsasında sadə və orta mürəkkəblikdə PL/SQL prosedurlarının, funksiyaların, triggerlərin və paketlərin hazırlanmasında iştirak edir; Verilənlər bazasına sorğular yazır, məlumatların daxil edilməsi, saxlanması, emalı və çıxarılması ilə bağlı texniki həllərin hazırlanmasında dəstək verir; Hazırlanmış proqram modullarının ilkin testlərini aparır, test nəticələrini sənədləşdirir və aşkar edilmiş səhvlərin aradan qaldırılmasında iştirak edir; Proqramların texniki və istismar sənədlərinin hazırlanmasında iştirak edir; Verilənlər bazasında yaranan problemləri analiz etməkdə və onların aradan qaldırılmasında təcrübəli əməkdaşlara dəstək verir; Rəhbərliyin göstərişlərinə əsasən proqram təminatının sazlanması və yenilənməsi işlərində iştirak edir; Məlumat bazası strukturuna (cədvəllər, view-lar, indekslər və s.) uyğun kodların yazılmasında komanda ilə birgə çalışır; Proqram təminatının müşayiətində və istifadəçilərin suallarının cavablandırılmasında iştirak edir; İcra etdiyi tapşırıqlarla bağlı gündəlik və ya həftəlik hesabatlar təqdim edir. Tələblər: İş təcrübəsi- 1-3 il Dil biliyi- Azərbaycan dili- yüksək,İngilis dili-orta Oracle SQL PL SQL Biz sizə nə təklif edirik? Karyera inkişafı üçün əlverişli mühit; Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı; Komanda quruculuq tədbirlərində iştirak imkanı; İdman zallarında endirim imkanları; Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı; Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər; Könüllü tibbi sığorta; Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.