Location: Bakı
Vəzifə haqqında: Qəbələdə PepsiCo məhsullarının istehsalında xammaldan hazır məhsula qədər keyfiyyətə nəzarət edəcək, fiziki-kimyəvi yoxlamalar aparacaq və qida təhlükəsizliyi tələblərinin yerinə yetirilməsini izləyəcək Keyfiyyətə nəzarət üzrə mütəxəssis axtarırıq. Əsas vəzifə öhdəlikləri: PepsiCo məhsulları üçün xammalın, inqrediyentlərin və qablaşdırma materiallarının keyfiyyətini yoxlamaq; İstehsal mərhələlərində nümunələr götürmək, Brix, pH, turşuluq və CO₂ göstəricilərinə nəzarət etmək; Hazır məhsulun dolum həcmini, qablaşdırma bütövlüyünü, etiketlənmə və markalanmasını yoxlamaq; İstehsal və dolum sahələrində GMP, HACCP, gigiyena və sanitariya tələblərinə nəzarət etmək; Uyğunsuzluqları sənədləşdirmək, riskləri vaxtında bildirmək və düzəldici tədbirləri izləmək; Mikrobioloji nümunələrin analizə göndərilməsini təşkil etmək və nəticələri izləmək; Yoxlama nəticələrini qeyd etmək, hesabatlar hazırlamaq və əlaqədar komandalarla əməkdaşlıq etmək. Namizədə tələblər: Qida texnologiyası, kimya, biologiya və ya müvafiq texniki sahə üzrə ali və ya orta ixtisas təhsili; Qida və içki istehsalında keyfiyyətə nəzarət üzrə ilkin bilik; istehsal təcrübəsi üstünlükdür. Bilik və bacarıqlar: Nümunə götürmə, Brix, pH, turşuluq, CO₂ və qablaşdırma yoxlamaları barədə anlayış; GMP, HACCP və qida təhlükəsizliyi tələblərinə bələdlik; MS Excel ilə işləmək bacarığı; Azərbaycan dili mütləqdir; rus və ingilis dillərini bilmək üstünlükdür. Şəxsi keyfiyyətlər: Detallara diqqət və məsuliyyətlilik Komandada işləmək və ünsiyyət bacarığı Öyrənməyə və inkişafa açıqlıq Uyğunsuzluqları vaxtında müəyyənləşdirmək bacarığı İş şəraiti və imkanlar: İş yeri: Qəbələ (yerli namizədlərə üstünlük verilir); İşə başlamazdan əvvəl Bakı zavodunda bir neçə həftəlik praktiki təlim; PepsiCo istehsal sahəsində daimi iş imkanı; Şirkət siyasətinə uyğun əməkhaqqı və mükafatlandırma; Peşəkar inkişaf və beynəlxalq standartlarla işləmək imkanı. Müraciət etmək istəyirsiniz? Tələblərə uyğunsunuzsa, CV-nizi və əməkhaqqı gözləntinizi aşağıdakı müraciət forması vasitəsilə göndərin: https://www.carlsbergazerbaijan.az/en/work-with-us/join-our-team/career-form/ https://www.carlsbergazerbaijan.az/az/bizimla-calis/komandamiza-qosul/career-form/ Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.