İnsan Resursları üzrə Menecer - Company

Location: Bakı

Bakı şəhərində xidmət sahəsində fəaliyyət göstərən şirkət İnsan Resursları üzrə Menecer vəzifəsinə təcrübəli mütəxəssis axtarır. Vəzifə öhdəlikləri İR strategiyası, siyasət və prosedurlarının hazırlanması və tətbiqi; İR büdcəsinin, işçi qüvvəsi planlamasının və təşkilati strukturun idarə edilməsi; İşə qəbul, adaptasiya və sınaq müddəti proseslərinin idarə edilməsi; Vəzifə təlimatlarının, səriştə tələblərinin və vəzifə dərəcələndirməsinin hazırlanması; Performansın qiymətləndirilməsi, təlim və karyera inkişafı sistemlərinin qurulması; Mükafatlandırma və motivasiya sisteminin formalaşdırılması, kadr axıcılığının azaldılması; Kadr kargüzarlığının qanunvericiliyə uyğun aparılması (əmək haqqı və məzuniyyət hesablamaları daxil olmaqla); Rəhbərliyə dövri İR hesabatlarının təqdim edilməsi. Tələblər İR, biznesin idarə edilməsi və ya əlaqəli ixtisas üzrə ali təhsil; İR sahəsində ən azı 3 il iş təcrübəsi; Əmək Məcəlləsini və işə qəbul metodlarını mükəmməl bilməsi; MS Office proqramlarında sərbəst işləmə bacarığı; Güclü ünsiyyət, liderlik və təşkilatçılıq bacarıqları; Məsuliyyətlilik, obyektivlik və məxfiliyə riayət; İngilis dili bilikləri və xidmət sahəsində təcrübə üstünlükdür. Təklif edirik Əmək haqqı: 2000–2500 AZN; Nahar şirkət tərəfindən təmin olunur. CV-nizi mövzu hissəsində “İnsan Resursları üzrə Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.