Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Ərazinin və təsərrüfatın idarə edilməsi: Evin və həyətyanı sahənin təmizliyinə, səliqəsinə və təhlükəsizliyinə gündəlik nəzarət etmək; Texniki və kommunal baxış: Su, işıq, qaz, istilik və kondisioner sistemlərinin işləkliyinə nəzarət etmək, nasazlıqları vaxtında aşkar etmək; Təmir və baxım: Kiçik təmir işlərini şəxsən görmək və ya ehtiyac olduqda usta cəlb edərək işə nəzarət etmək; Əmlakın və inventarların qorunması: Evdəki və həyətdəki avadanlıqların, inventarların saxlanılmasına və tullantıların vaxtında daşınmasına cavabdeh olmaq; Sürücülük və daşınma: Tapşırılan avtomobili təmiz və texniki saz vəziyyətdə saxlamaq, zəruri hallarda ailə üzvlərini təyin olunmuş ünvanlara aparıb-gətirmək və təsərrüfat alış-verişlərini etmək; Giriş-çıxışa nəzarət: Əraziyə daxil olan şəxslərə, avtomobillərə nəzarət etmək və nizam-intizamı təmin etmək; Hesabatlıq: Görülən işlər, yaranan problemlər və fövqəladə hallar barədə ev sahibinə vaxtında məlumat vermək. Tələblər: Yaş həddi: 32–42 yaş; Ailə tərkibi: Şüvəlanda yerləşən 3 otaqlı evdə ailəsi ilə birgə tam ştat (full-day) yaşayacaq; Sürücülük vəsiqəsinin olması mütləqdir; Təsərrüfat və texniki işlər üzrə praktiki bacarıqlara malik olması; Mədəni, təmkinli, məsuliyyətli və ünsiyyətcil olması; Operativ və çevik qərar qəbul etmək bacarığı; Etibarlı və diqqətli olması; Zərərli vərdişlərinin olmaması; Uzunmüddətli əməkdaşlığa maraqlı olması. Zərərli vərdişləri olmamalıdır. İş şəraiti: İş qrafiki: 6/1 (həftədə 1 gün istirahət); Yaşayış yeri: Şüvəlan ərazisində 3 otaqlı tam şəraitli ev (yaşayış pulsuzdur); Əməkhaqqı: 1000 AZN (Net); Əmək müqaviləsinə əsasən rəsmiləşdirilmə. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .