Yüklənir...
Location: Bakı
İş şəraiti İş yeri ünvanı: Binəqədi rayonu, Pasyolka Kirov İş qrafiki: I-V günlər – 09:00-18:00 Əmək haqqı: müsahibə əsasında Bu vakansiya real layihələr üzərində işləyərək .NET sahəsində praktiki təcrübə qazanmaq və peşəkar developer kimi inkişaf etmək istəyən namizədlər üçün nəzərdə tutulub. Tə l ə bl ə r Yaş həddi: 20 - 30 yaş Namizəddən aşağıdakı mövzular üzrə baza bilikləri gözlənilir: C# proqramlaşdırma dili .NET / ASP.NET Core OOP prinsipləri Entity Framework Core SQL və relational database anlayışı HTML CSS JavaScript üzrə baza bilikləri Git ilə işləmək bacarığı REST API haqqında baza anlayışı Problem həll etmə və araşdırma bacarığı İş t ə crüb ə si İş təcrübəsi tələb olunmur. Şəxsi layihə, universitet və ya kurs layihəsi, GitHub repository-si və yaxud real layihə üzərində təcrübənin olması üstünlük hesab olunur. Namizədin texnologiyaları yalnız nəzəri olaraq bilməsi deyil, sadə bir layihədə istifadə edə bilməsi bizim üçün daha önəmlidir. V ə zif ə öhd ə likl ə ri ASP.NET Core əsaslı layihələrin hazırlanmasında iştirak etmək Mövcud layihələrdə yeni funksionallıqlar hazırlamaq Mövcud kodu oxumaq və kiçik dəyişikliklər etmək Entity Framework Core vasitəsilə database ilə işləmək SQL query-lər yazmaq REST API endpoint-lərin hazırlanmasında iştirak etmək Mövcud bug-ların araşdırılması və düzəldilməsində iştirak etmək Git vasitəsilə komanda ilə işləmək Code review zamanı verilən feedback-ləri tətbiq etmək Komanda tərəfindən verilən texniki tapşırıqları yerinə yetirmək Namiz ə dd ə n gözl ə ntil ə rimiz Proqramlaşdırmaya real marağın olması Yeni texnologiyaları öyrənməyə həvəsli olmaq Verilən tapşırığı araşdıraraq həll etməyə çalışmaq Məsuliyyətli və diqqətli olmaq Komanda ilə işləmə bacarığı Sual verməkdən və bilmədiyi mövzunu araşdırmaqdan çəkinməmək Özünü .NET istiqamətində inkişaf etdirmək istəyi Üstünlük hesab olunur Aşağıdakılardan hər hansı biri üzrə biliklərin olması əlavə üstünlükdür: ASP.NET Core Web API LINQ Dependency Injection Authentication / Authorization haqqında baza anlayışı SQL Server JavaScript ilə sadə frontend inteqrasiyası GitHub üzərində şəxsi layihələrin olması Biz n ə t ə klif edirik? Real kommersiya layihələrində işləmək imkanı Təcrübəli developer-lərlə birlikdə işləmək Code review və texniki dəstək .NET ekosistemində praktiki təcrübə Backend və database üzrə real iş təcrübəsi Komanda daxilində inkişaf etmək imkanı Uğurlu internship müddətindən sonra əməkdaşlığın davam etdirilməsi imkanı CV-lərinizi “Mövzu” hissəsində “.NET Developer Intern” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: