Risklərin idarə edilməsi departamenti, Kreditlərin monitorinqi şöbəsi, mütəxəssis/aparıcı mütəxəssis - Express Bank

Location: Bakı

Təsvir Cari kreditlər üzrə sənədlərin yoxlanılması və monitorinqinin həyata keçirilməsi; Monitorinq zamanı aşkar olunan potensial risklər və nöqsanlar barədə rəhbərliyə məlumat verilməsi; Bankın region filiallarına səfərlər; Monitorinqin icrası ilə bağlı hesabatların verilməsi; Bank üzrə qəbul edilən qərarlardan irəli gələn vəzifələrin, bankdaxili əmr, sərəncam və göstərişlərin tələblərinin yerinə yetirilməsi. Tələblər Ali təhsil (iqtisadiyyat və ya maliyyə sahəsində təhsil üstünlükdür); Analitik düşünmə və təhlil bacarığı; Analoji sahə üzrə 2 il iş təcrübəsi; Müştərilərlə ünsiyyət qurma qabiliyyəti; İşdə dəqiqlik və detallara diqqət yetirmə; Bank qanunvericiliyi və normativ sənədlər barədə biliklər; Azərbaycan dili sərbəst, rus dili biliyi arzuolunandır; Komandada işləmək bacarığı; MS Office proqramlarını sərbəst istifadə bacarığı. Beynəlxalq sertifikatların ACCA (F3) olması əlavə üstünlükdür. Vakansiya növü - Tam ştat İmtiyazlar Tibbi sığorta paketi; Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər; professional və maddi inkişaf perspektivləri; Peşəkar korporativ mühitdə işləmək imkanı; Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.