Mal-material üzrə menecer - Facility Management Group

Location: Bakı

Təsvir Anbar əməliyyatlarının düzgün və səmərəli təşkilinə, mal və materialların hərəkətinə və uçotuna nəzarət edəcək Mal-material ehtiyatları üzrə menecer axtarırıq. Bu vəzifədə anbar qalıqlarının idarə olunması, inventarizasiyanın təşkili və müvafiq hesabatların hazırlanması əsas məsuliyyətlərdən olacaq. Vəzifə öhdəlikləri Mal və materialların anbara qəbulunu, saxlanılmasını və layihələr üzrə təyinatı üzrə verilməsini təşkil və nəzarət etmək; Anbar işinin gündəlik fəaliyyətini və iş bölgüsünü təşkil etmək; Anbar qalıqlarına nəzarət etmək; Anbar üzrə hesabatların hazırlanmasını və məlumatların düzgün aparılmasını təmin etmək; Layihələr üzrə mal-materiallarla bağlı müxtəlif hesabatlar hazırlamaq; Dövri inventarizasiyanın/sayımın təşkilində iştirak etmək və nəticələrə nəzarət etmək; Anbar əməliyyatlarının müəyyən edilmiş qaydalara və təhlükəsizlik tələblərinə uyğun aparılmasını təmin etmək; Anbar üzrə komandanın işini koordinasiya etmək və zəruri hallarda operativ qərarlar qəbul etmək. Tələblər Logistika, təchizat, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil; Anbar, logistika və ya mal-materialların idarə edilməsi sahəsində iş təcrübəsi; Anbar işinin təşkili və mal-material uçotu üzrə biliklər; Maliyyə və ilkin mühasibat uçotu üzrə anlayış; ERP sistemləri ilə işləmə bacarığı; MS Office, xüsusilə Excel üzrə yaxşı səviyyədə bilik; SƏTƏM qaydaları barədə məlumatlılıq; Komandanın idarə edilməsi və iş bölgüsünün aparılması bacarığı; Analitik düşüncə və hesabat hazırlamaq bacarığı; Operativ qərarvermə və məsuliyyətlilik; Dəqiqlik, punktuallıq və təşkilatçılıq bacarığı. Vakansiya növü - Tam ştat İmtiyazlar Könüllü tibbi sığorta İşçinin inkişafı üçün təlim, tədris proqramları Rəqabətli əmək haqqı və bonus sistemi Korporativ tədbirlər Korporativ loyallıq proqramına üzvlük Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.