Yüklənir...
Location: Bakı
Gallco Construction & Engineering Texniki Ofis Rəhbəri (Sənaye binaları və metal konstruksiya üzrə) vakansiyas;n elan edir! Əsas vəzifələr: Texniki ofisin işini qurmaq, komandaya rəhbərlik etmək Layihə və işçi çertyojlarını yoxlamaq, uyğunsuzluqları icradan əvvəl aşkar etmək Metraj, BOQ və smeta hazırlamaq, tender təkliflərinin texniki hissəsini idarə etmək Metal konstruksiya üçün emalat (shop drawing) və montaj sənədlərinin hazırlanmasına nəzarət etmək İş qrafikini hazırlamaq, plan-fakt izləməsi aparmaq Material və texniki şərtləri təsdiqləmək, satınalma üçün tələbatı vaxtında vermək Subpodratçıların işlərini qəbul etmək, hesablaşma aktlarını yoxlamaq İcra sənədlərini, gizli iş aktlarını və as-built çertyojları tam və vaxtında təhvil vermək Sifarişçi, layihəçi və sahə rəhbərləri ilə texniki məsələləri həll etmək Əlavə işləri və layihə dəyişikliklərini sənədləşdirmək Vacib tələblər: Mülki və ya sənaye-mülki tikinti üzrə ali təhsil Tikinti sahəsində ən azı 7 il təcrübə, bunun ən azı 3 ili texniki ofisdə rəhbər və ya aparıcı mütəxəssis kimi Sənaye binaları (zavod, anbar, istehsalat, logistika mərkəzi) layihələrində real iştirak Metal konstruksiya üzrə praktiki bilik: kolon, ferma, tir, birləşmə qovşaqları, qaynaq və boltlu birləşmələr, montaj ardıcıllığı Qazma və torpaq işləri, özül, anker bolt, armatur, qəlib, beton və sənaye döşəməsi üzrə praktiki bilik Tikinti norma və standartlarını bilmək AutoCAD və MS Excel üzrə sərbəst iş bacarığı MS Project və ya Primavera P6 ilə iş təcrübəsi Azərbaycan dilini mükəmməl, rus və ya ingilis dilini texniki sənədləri oxuyacaq səviyyədə bilmək Üstünlüklər: Sendviç panel, trapez dam və fasad sistemləri üzrə təcrübə Tekla Structures və ya Advance Steel çertyojlarını oxumaq bacarığı Xarici podratçı şirkətlərdə iş təcrübəsi Diqqət: Təcrübəsi yalnız yol, körpü, su-kanalizasiya və ya infrastruktur layihələri ilə bağlı olan namizədlərin müraciətinə baxılmayacaq. Təklif edirik: • Əmək haqqı: 5000 AZN • İş qrafiki: I – IV günlər, 09:00-18:00 CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində "Texniki Ofis Rəhbəri" yazaraq göndərin. Məktubda bu suallara qısa cavab verin: