Yüklənir...
Location: Bakı
Təsvir Zavodun yarımstansiya, transformator, orta və aşağı gərginlikli paylayıcı qurğular, MCC panelləri, kabel xətləri və elektrik mühərriklərindən ibarət elektrik təsərrüfatının etibarlı işini təmin etmək; Generator, UPS, avtomatik ehtiyat qoşulması, akkumulyator və reaktiv güc kompensasiyası sistemlərinin saz vəziyyətdə saxlanılmasını təmin etmək; Elektrik avadanlıqları üzrə texniki baxış, profilaktik xidmət, sınaq və təmir qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək; Elektrik nasazlıqlarını araşdırmaq, səbəblərini müəyyən etmək və təkrar baş verməsinin qarşısını almaq; Qəza hallarının idarə olunmasını və enerji təchizatının təhlükəsiz şəkildə bərpasını təşkil etmək; Elektrik işlərinin təhlükəsizlik qaydalarına və təsdiq edilmiş prosedurlara uyğun aparılmasına nəzarət etmək; Elektrik texniklərinin işini təşkil etmək, tapşırıqlar vermək və görülən işlərin nəticələrini yoxlamaq; Podratçı və servis təşkilatlarının işlərini koordinasiya etmək; Elektrik enerjisinin sərfiyyatını, yük bölgüsünü və enerji səmərəliliyini izləmək; Elektrik avadanlıqlarının texniki sənədlərinin, sxemlərinin, reyestr və sınaq protokollarının aktuallığını təmin etmək; Yeni layihələrin tikinti və işə salınması mərhələsində elektrik işlərinin layihə və texniki tələblərə uyğunluğuna nəzarət etmək. Tələblər Elektrik mühəndisliyi, elektroenergetika və ya əlaqəli texniki sahə üzrə ali təhsil; Sənaye müəssisələrinin elektrik təsərrüfatında minimum 5 il iş təcrübəsi; Elektrik təsərrüfatının istismarı, texniki xidmətin planlaşdırılması və qəza hallarının idarə olunması üzrə təcrübə; 35 kV yarımstansiyaların istismarı üzrə praktiki təcrübə; Elektrik heyətinin və podratçıların işinin təşkili və nəzarəti üzrə bacarıq; Orta və aşağı gərginlik panelləri, MCC, generator, UPS və rele mühafizəsi üzrə bilik; Birxətli sxemləri, kabel cədvəllərini, qoruma parametrlərini və sınaq protokollarını oxuma bacarığı; AutoCAD və MS Office proqramlarında işləmək bacarığı; Azərbaycan dilində sərbəst ünsiyyət; rus və ya ingilis dilində texniki sənədləri oxuma bacarığı üstünlükdür. Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Təlim dəstəyi Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən) Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.