Location: Bakı
Vəzifə öhdəlikləri: Fransız və Avropa mətbəxinə uyğun desert və şirniyyatların hazırlanmasını təşkil etmək; Mövcud desert menyusunun keyfiyyət standartlarına uyğun hazırlanmasını təmin etmək; Yeni desert və reseptlərin hazırlanmasında və menyunun inkişafında iştirak etmək; Desertlərin dad, tekstura, görünüş və təqdimat standartlarına nəzarət etmək; Reseptlərin və texnoloji kartların hazırlanması və standartlaşdırılmasını təmin etmək; İstehsal prosesini və gündəlik iş bölgüsünü planlaşdırmaq; Xammal sərfiyyatına, məhsul itkisinə və food cost göstəricilərinə nəzarət etmək; Qida təhlükəsizliyi, sanitariya və gigiyena standartlarına riayət olunmasını təmin etmək; Mövsümi və innovativ desertlərin hazırlanması üzrə təkliflər vermək; Mətbəx rəhbərliyi ilə sıx əməkdaşlıq edərək yüksək keyfiyyətli məhsul standartlarını qorumaq. Tələblər: Fransız və Avropa mətbəxində minimum 5 il peşəkar iş təcrübəsi ; Aparıcı şirniyyatçı / Pastry Chef vəzifəsində iş təcrübəsi üstünlükdür; Fransız şirniyyatçılıq texnikaları və müasir desert hazırlanması üzrə peşəkar biliklər; Müasir plating və desert təqdimatı üzrə bacarıq; Komanda idarəetməsi və iş bölgüsünü düzgün təşkil etmək bacarığı; Food cost, xammal sərfiyyatı və məhsul itkisinə nəzarət üzrə anlayış; Yüksək məsuliyyət, dəqiqlik və detallara diqqət; Yaradıcı yanaşma və yeni məhsullar yaratmaq bacarığı; Qida təhlükəsizliyi və gigiyena standartları haqqında bilik; Azərbaycan dili – yaxşı səviyyədə; Rus və/və ya ingilis dili biliyi üstünlükdür. Təminatlar: İş qrafiki: 6 günlük İş yeri: Bakı şəhəri Nahar şirkət tərəfindən verilir Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunur. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .