Location: Bakı
İş yeri: Bakı şəhəri İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi Ümumi məlumat: Şəhər mühitinin idarə edilməsi departamenti qoruq ərazilərində memarlıq mühitinin və tarixi-mədəni irsin qorunması, mühəndis-texniki məsələlərin əlaqələndirilməsi, ərazi və abidələrin monitorinqi, həyata keçirilən işlərin müəyyən edilmiş tələblərə uyğunluğuna nəzarət istiqamətlərini vahid idarəetmə çərçivəsində birləşdirir. Departament müdiri bu istiqamətlər üzrə fəaliyyətin strateji və operativ idarə edilməsinə, tabeliyində olan struktur bölmələrinin işinin əlaqələndirilməsinə və şəhər mühitinin davamlı, təhlükəsiz və tarixi-memarlıq xüsusiyyətlərinə uyğun inkişafının təmin edilməsinə cavabdeh olacaq. Əsas vəzifə öhdəlikləri: Memarlıq, mühəndislik və texniki nəzarət, ərazi və abidələrin monitorinqi istiqamətlərində fəaliyyət göstərən struktur bölmələrinin işini əlaqələndirmək; Qoruq ərazilərində tarixi-memarlıq mühitinin qorunması, təkmilləşdirilməsi və bədii-estetik görünüşün yaxşılaşdırılması məqsədilə konseptual təkliflər hazırlamaq, həmçinin təqdim olunmuş təkliflərin koordinasiyasını və icrasını təmin etmək; Qoruq ərazilərində həyata keçirilməsi həyata keçirilən təmir, bərpa, rekonstruksiya, konservasiya və abadlaşdırma ilə bağlı layihə, layihə-smeta və digər texniki sənədlərin aidiyyəti üzrə baxılmasını, təhlilini və qiymətləndirilməsini təşkil etmək, müvafiq hesabatların hazırlanılmasını və aidiyyəti üzrə təqdim edilməsini təmin etmək. Görülən işlərin təsdiq edilmiş layihələrə, texniki tələblərə, şəhərsalma və tikinti normalarına, eləcə də qoruq əraziləri üçün müəyyən edilmiş xüsusi rejimə uyğunluğuna nəzarətin təşkilini təmin etmək; Ərazi və abidələrin sistemli monitorinqinin aparılmasını, risk və pozuntu hallarının vaxtında müəyyən edilməsini və müvafiq tədbirlərin görülməsi üçün təkliflərin hazırlanmasını təmin etmək; Tarixi-memarlıq mühitinə və abidələrin təhlükəsizliyinə təsir edə biləcək müdaxilə və risklərin qiymətləndirilməsini təşkil etmək; Tamamlanmış işlərin nəticələrinin qiymətləndirilməsi və aidiyyəti üzrə qəbul proseslərində departamentin iştirakını təmin etmək; Mühəndis-kommunikasiya sistemləri ilə bağlı məsələlər üzrə aidiyyəti qurum və təşkilatlarla koordinasiyanı təmin etmək; Şəhər mühitinin funksionallığının, təhlükəsizliyinin və memarlıq-estetik keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı təşəbbüs və təkliflər hazırlamaq; Layihə, podratçı, mühəndis, ekspert və digər aidiyyəti təşkilatlarla departamentin səlahiyyətləri çərçivəsində effektiv iş mexanizmlərini qurmaq; Departamentin fəaliyyət sahəsi üzrə dövlət qurumları, layihə təşkilatları, podratçılar, ekspert və digər aidiyyəti tərəflərlə effektiv əməkdaşlığı və koordinasiyanı təmin etmək; Departamentin fəaliyyət göstəricilərini müəyyən etmək, icra vəziyyətini izləmək, nəticələri təhlil etmək və rəhbərliyə müvafiq hesabat və təkliflər təqdim etmək; Tabeliyində olan əməkdaşların fəaliyyətini təşkil etmək, iş bölgüsünü və nəticəyönümlü idarəetməni təmin etmək, komandanın peşəkar inkişafını dəstəkləmək; Fəaliyyət istiqamətləri üzrə riskləri müəyyən etmək, qabaqlayıcı tədbirlərin hazırlanmasını və icrasını təşkil etmək; Departamentin fəaliyyət istiqamətləri üzrə strateji və cari fəaliyyətin planlaşdırılması, təşkili və koordinasiyasını təmin etmək; Qanunvericilikdən, İdarənin Nizamnaməsindən və digər aidiyyəti sənədlərdən irəli gələn vəzifələrin departamentin fəaliyyət istiqamətləri üzrə icrasını təmin etmək. Namizədə tələblər: Memarlıq, şəhərsalma, inşaat mühəndisliyi, mülki mühəndislik və ya vəzifənin fəaliyyət istiqamətlərinə uyğun digər sahə üzrə ali təhsil; Müvafiq sahə üzrə ən azı 7 il iş təcrübəsi , o cümlədən ən azı 3 il rəhbər vəzifədə iş təcrübəsi ; Şəhərsalma, memarlıq, tikinti, mühəndis-texniki nəzarət və ya şəhər mühitinin idarə olunması istiqamətlərindən biri və ya bir neçəsi üzrə əsaslı peşəkar bilik və praktiki təcrübə; Arzuolunan proqram bilikləri: MS Office proqramları ilə yanaşı, AutoCAD, Revit, SketchUp və ArcGIS proqramlarından istifadə bacarığı. Azərbaycan Respublikasının şəhərsalma, tikinti və tarix-mədəniyyət abidələrinin qorunması sahəsində qanunvericiliyi üzrə biliklər; Strateji düşünmə, planlaşdırma, qərarvermə və problem həll etmə bacarıqları; Dövlət qurumları, podratçı və layihə təşkilatları və digər maraqlı tərəflərlə yüksək səviyyədə işgüzar münasibətlərin qurulması bacarığı; Güclü liderlik, kommunikasiya və təqdimat bacarıqları; Azərbaycan dili – sərbəst şifahi və yazılı ünsiyyət bacarığı, ingilis dili – yaxşı səviyyədə (rus dili üstünlükdür) Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma. Biz nə təklif edirik? Azərbaycanın ən unikal tarixi şəhər mühitlərindən birinin qorunması və inkişafında birbaşa iştirak etmək, şəhər mühitinin gələcəyinə təsir edən layihələr üzərində işləmək və multidissiplinar peşəkar komandaya rəhbərlik etmək imkanı. Maraqlanan namizədlərdən CV-lərini “Şəhər mühitinin idarə edilməsi departamentinin müdiri” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt üzərindən təqdim etmələri xahiş olunur.