Location: Bakı
Motion Designer axtarırıq! InterContinental Baku Hotel komandamızla əməkdaşlıq etmək üçün kreativ və istedadlı Motion Designer axtarırıq. Əgər motion design vasitəsilə dinamik və yaradıcı kontent yaratmağı, vizual hekayələr danışmağı və müasir dizayn trendlərini izləməyi sevirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq. Bizim üçün vacib olanlar: Motion design sahəsində güclü bacarıqlar; Vizual kontent yaratmaq və inkişaf etdirmək üçün AI alətləri ilə işləmə bacarığı; Kreativ yanaşma və müasir dizayn trendlərini izləmək; Güclü vizual zövq və detallara diqqət; Eyni anda bir neçə layihə üzərində işləmək və vaxtı effektiv idarə etmək bacarığı; Komanda ilə effektiv əməkdaşlıq və ünsiyyət bacarığı. Texniki bacarıqlar və proqramlar: Adobe After Effects – mütləq; Adobe Premiere Pro və ya DaVinci Resolve – video montaj üçün; Adobe Illustrator və Adobe Photoshop – motion üçün vizual materiallarla işləmək; AI alətləri ilə işləmə bacarığı: Runway, Kling, Google Veo, Sora, Midjourney və digər AI video və image generation alətləri; AI vasitəsilə yaradılmış vizualları motion videolara inteqrasiya etmək bacarığı. Əlavə üstünlük olacaq: Cinema 4D və ya Blender – 3D motion və animasiya; Unreal Engine və ya digər real-time rendering alətləri; VFX və compositing sahəsində biliklər; Adobe Substance 3D ilə işləmə təcrübəsi. Motion Designer vəzifəsinə müraciət etmək istəyirsinizsə, CV və portfolio-nuzu mövzu hissəsində “Motion Designer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.