Location: Bakı
Təsvir Müştərilərin istəklərinə uyğun fərdi mətbəx və dolab dizaynlarının müvafiq proqramlarda hazırlanması və təqdim edilməsi; Dizayn prosesində keyfiyyət və konstruktiv xüsusiyyətlər nəzərə alınmaqla müştəri məmnuniyyətinin təmin edilməsi; Yeni mebel modellərinin hazırlanması, təkmilləşdirilməsi və keyfiyyətli renderlərinin işlənməsi; Məhsulların hazırlanmasında istifadə olunan materiallar və aksesuarlar haqqında məlumatlı olmaq; Komanda ilə əməkdaşlıq edərək layihələrin vaxtında və yüksək keyfiyyətlə tamamlanması; Dizayn sahəsindəki yeniliklərin izlənilməsi və iş prosesində tətbiq edilməsi; Sosial media platformalarında paylaşılacaq məhsullar üçün keyfiyyətli renderlərin hazırlanması; Birbaşa və ya ümumi rəhbər tərəfindən vəzifə öhdəliklərinə uyğun olaraq verilən digər tapşırıqların yerinə yetirilməsi. Tələblər Ali və ya orta ixtisas təhsili (müvafiq sahə üzrə təhsil üstünlükdür); Mebel dizaynı sahəsində 2 ildən artıq iş təcrübəsi; AutoCAD, 3ds Max və digər müvafiq dizayn proqramlarında yüksək səviyyədə işləmə bacarığı; 3D modelləmə, render və vizuallaşdırma bacarıqları; Mebel istehsalında istifadə olunan materiallar, aksesuarlar və konstruktiv həllər haqqında biliklər; Texniki çertyojları oxumaq və onlarla işləmək bacarığı üstünlükdür; Tapşırıqları operativ və keyfiyyətli şəkildə yerinə yetirmək bacarığı; Kreativ düşüncə və yenilikçi yanaşma; Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı; Microsoft Office (Word, Excel, PowerPoint və Outlook) proqramlarında işləmə bacarığı. İş şəraiti İş qrafiki: Həftədə 5 gün, 09:00–18:00; Əmək haqqı: 1200 AZN Gross; İş yeri: Bakı şəhəri, Binəqədi rayonu. Qeyd: Vakansiya analıq məzuniyyətində olan əməkdaşın müvəqqəti əvəz edilməsi məqsədilə 6 aylıq müddətə açılmışdır. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.